Hüseynbala Səlimov

AFRİNDƏN BAŞLANAN, AMMA AFRİNDƏ BİTMƏYƏCƏK MÜCADİLƏ…

Doğrusu, bizim ünlü sosioloqların azərbaycanlıların daha çox hansı ölkələrlə bağlı xəbərləri izlədiklərini araşdırıb-araşdırmadıqları şəxsən mənə bəlli deyil. Böyük ehtimalla bu, onların heç ağlına da gəlməyib, çünki ictimai elmlərlə bağlı olanlarımızın elmlə deyil, dissertasiya yazmaqla, ən yaxşı halda isə təbliğatla, necə deyərlər, ölkəmizlə bağlı həqiqətlərin dünya əhlinə çatdırılması ilə məşğul olduğu hamıya məlumdur. Amma adi və qeyri-adi insanlarımızla söhbətlərdən yəqin edirik ki, millətimizi Azərbaycandan savayı maraqlandıran ölkələrdən ön sırada gedəni Türkiyədir. Burada Türkiyə prezidenti R.T.

Tam mətn

KOLLEKTİV PATOLOGİYALI CƏMİYYƏTLƏR…

Bəndəniz elə də psixologiya bilicisi deyil. Ziqmund Freydin iki cildliyi, Karl Qustav Yunqun bir əsəri – oxuduğum əsasən bunlardır, təbii ki, sosial və siyasi psixologiyayla bağlı nisbətən kiçik həcmli daha bir neçə əsəri çıxmaq şərtilə. Həmin əsərlərdə diqqətimizi çəkənsə kollektiv patologiyalar, böyük sosial qrupların, hətta cəmiyyətlərin davranışında müşahidə olunan bəzi psixi məqamlar olub. Sözsüz, Freydin individlərə tətbiqən yazdıqlarının Yunq tərəfindən bütöv cəmiyyətlərə şamil edilməsi bəzən mübahisələrə də səbəb olur.

Tam mətn

SAATLARIMIZI MOSKVA VAXTI İLƏ TUTUŞDURAQMI?..

Bəli, şimal qonşumuzun — Rusiyanın siyasi təhlilçilərinin xeyli qəribəlikləri var. Biri də budur ki, bu adamlar konkret ədədlərlə, ciddi analizlərlə ölkələrinin iqtisadi və siyasi tərəflərini araşdırır və onun dramatik durumda olduğunu göstərirlər, amma axırda da qayıdırlar ki, bəs, Putindən başqası yoxdur… Bu yaxınlarda oxuduğumuz bir təhlildə də eyni bir ruh duyulurdu. Amma mənim diqqətimi başqa detal çəkdi. Müəllif Rusiyanın və bir neçə ölkənin 2016-cı il üçün ÜDM-larını tutuşdururdu.

Tam mətn

ƏGƏR HAMI BACARDIĞINI ETSƏYDİ…

Çoxu “Saakaşvili ssenarisi”nin artıq bitdiyini düşünür. Xüsusən də dekabrın son günlərində vəd etdiyi möhtəşəm etiraz aksiyasını təşkil edə bilməyəndən sonra belələrinin sayı bir az da artdı. Üstəlik, bundan lap əvvəl də “Tarix təkrar olunur, amma komediya şəklində!” deyənlər də az deyildi. Amma bir-iki həftə öncə Kiyev məhkəməsinin Saakaşvililə bağlı çıxardığı qərar yenidən bu adamı gündəmə gətirdi; belə ki, Gürcüstanın eks-prezidentnə axşam və gecə saatlarında bəlli ünvanı icazəsiz tərk etmək yasaq olundu.

Tam mətn

BİZ HƏR DƏFƏ AVROPALI OLMAQ İSTƏYƏNDƏ…

Bəli, ya insafsız-mürvətsiz cinlər-əcinnələr-cadugərlər şəhri-Parisi dağıdır, ya da ki, özümüz elə bir hoqqa çıxarırıq ki, nəticədə Şahbazımız Parisə gedə bilmir ki, bilmir… Bilirəm, soruşacaqsınız ki, birdən-birə bu Avropa söhbəti haradan yadımıza düşdü? Məsələ bundadır ki, həftə elə tarixə təsadüf olundu ki, çətin ki, başı daim “başqa vacib işlər”ə qarışan azərbaycanlılarımız onun fərqində olsunlar — 17 il əvvəl yanvarın 25-də Azərbaycan Avropa Şurasının (AŞ) tam hüquqlu üzvü olmuşdu. Biz azərbaycanlılar ironiya etməyi, lağa qoymağı sevirik.

Tam mətn

HAMINI MURADINA ÇATDIRAN 20 YANVAR…

Yadıma bir əcnəbi tarixçinin və jurnalistin maraqlı fikri düşür. O yazırdı ki, tarixçilə jurnalist arasındakı fərq sadəcə, interval fərqidir — əgər tarixçilər daha böyük zaman intervallarını götürürlərsə, jurnalistlər bunu kiçik intervallarda edirlər, amma obyekt eynidir – tarixdir… Bunu niyə xatırladım?

Tam mətn

TƏBRİZ NİYƏ QALXMADI?..

Böyük sosial təlatümlər — qiyam və inqilablar böyük nəğmələrini də yaradıblar. Uzağa niyə gedək, “Marselyeza” da, hətta “İnternasional” da beləcə yaranıb. İranda dekabrın lap son günlərində başlayan və yanvarın ilk günlərinədək seyrək şəkildə davam edən etiraz aklsiyalarını hansı musiqinin müşayiət etdiyini, etirazçıları hansı melodiyaların ruhlandırdığını bilmirik.

Tam mətn