24 İL BUNDAN ƏVVƏL HƏM DƏ…
Bəli, ölkə ilk böyük neft müqaviləsinin imzalanmasının 24-cü ilini də yola saldı. Böyük yubiley təntənələri güman ki, növbəti ildə olacaq. İndi isə məmurlarımızın diqqətinin hələki başqa bir səmtlərdə olmasından istifadə edib bəzi detalları saf-çürük etməyə çalışmaq olar. Hərçənd, bunun da elə bir mənası yoxdur, cəmiyyətimiz elə yatıb ki, sözün əsl mənasında onun malını-sərvətini oğurlamamaq, nefti burada çıxarıb onu ayıran böyük zavodları isə Türkiyədə tikməmək günahdır.