İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

25 nəfərə 1 kitab

Pyer Burdye (Pierre Bourdieu — 1930-2002) görkəmli fransız sosioloqudur, poststrukturalizmin ən parlaq nümayəndələrindən biridir. Onun kitabları sosiologiyada ən çox müraciət edilən təməl əsərlərdən sayılır. Burdye «Dünyanın yoxsulluqları», «Hərəkət üçün səbəb» kimi kitabları və vətəndaş mövqeyinə görə bəzi alimlər tərəfindən kəskin tənqid edilmişdir. Onun «Simvolik kapital» və «Simvolik şiddət», «Habitus»,…

Tam mətn

Türk Hava Yolları «havaya girdi»

«Havaya girmək» türkcədə bir deyimdir. Uğurdan başı hərlənənlərə, özünü bəyənib gözü heç kimi görməyənlərə «havaya girdi» deyirlər. Bu aralar Türk Hava Yolları da (THY) yamanca «havaya girib», «burnu» təyyarələri kimi «göynən gedir». Özündən razı olmasına da xeyli əsası var… 1933-də cəmi 5 təyyarə ilə qurulan THY bu gün 202…

Tam mətn

HƏRBİ ÇEVRİLİŞLƏRİN RİYAZİ MODELİ

Jay Ulfelder amerikalı politoloqdur, siyasi rejimlərin necə ayaqda durmalarını, mübahisəli kollektiv hərəkatların (hərbi çevrilişlər, tətil və nümayişlər) dinamikasını, siyasi konfliktlərin proqnozlaşdırılmasını öyrənir. Ulfelder ölkələrin risk faktorlarını, müxtəlif statistik göstəricilərini incələyir və riyazi modelləşdirmə ilə hərbi çevriliş ehtimallarını hesablayır. «Əlahəzrət Riyaziyyat» gənc araşdırmaçıya xüsusi alqoritm tapmağa imkan yaradıb. Hesablamalarda ölkələrin…

Tam mətn

MƏTBUATDA ETNİK KİMLİK ARAYIŞLARI

Cemal Paşa İttihat və Terakki Cəmiyyətinin liderlərindən biri, Bahriyye naziri, «3 Paşalar iqtidarı» (Tələt Paşa, Ənvər Paşa, Cemal Paşa) olaraq adlanan 1913-18-ci illər Osmanlı İmperatorluğunun ən önəmli şəxslərindən olub. 1922-də Tiflisdə Lalayan və Vartanyan tərəfindən qətlə yetirilib. Hasan Cemal Cemal Paşanın oğul nəvəsidir, Türkiyənin ən tanınmış qəzet yazarlarından biridir,…

Tam mətn