Dursunun SAVOY JİJEK marağı
İstanbul Dursunu 10 ildir tanıyıram. Bizimkilər ona «antenna Dursun» deyirlər. Balaca bir iş yeri var Leventdə. İstanbulun zəngin səmtindəki tək otaqlı dükanı kabellər, resiver və «sputnik» antennaları ilə doludur. Dursunu əvvəllər dükanda görmək mümkün deyildi. Sifarişlər o qədər çox olurdu ki, axtarsan onu ancaq binaların damında — «tarelka» quraşdırarkən…