İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Türk olmaq suçdur artıq

…destanlar yazılan çağlar bizimdir ferhat’ın deldiği dağlar bizimdir ölen ölür kalan sağlar bizimdir ne mutlu türk’üm diyene hiç kimseden yok korkum diyene… Atatürk Türkiyə Cumhuriyyətinin 10-cu ildönümü ilə bağlı 1933-cü ildəki tarixi nitqini «Nə mutlu türkəm deyənə» sözləri ilə bitirmişdi. Böyük Atatürk «Nə mutlu türk olana» demir,…

Tam mətn

Piano üzərində dolaşan Kabus

20 il əvvəl, soyuq bir dekabr günü, Moskvada ezamiyyətdə ikən dostlarım mənə unudulmaz bir axşam yaşatdılar. Vaxtilə aspiranturada bir oxuduğum rəfiqəm məni teatra dəvət etdi. Bacısı ilk dəfə səhnəyə çıxacaqdı, dəstəkləmək üçün dəvəti qəbul etdim. Sovetlər yeni dağılmış, Rusiya siyasi-iqtisadi kataklizmlər içindəydi. Buna rəğmən Lenin Komsomolu adına…

Tam mətn

Anasının dəfnində ağlamayan adam

«Arxamdan gəlmə — birdən yolu göstərə bilmərəm sənə, önümdə yerimə — birdən sənə çata bilmərəm. Yanımda yeri və arkadaşım ol». Alber Kamyunundur bu sözlər. 100 yaşı tamam oldu noyabrda. Ədəbiyyat turizmi dünyada getdikcə populyarlaşan trendlərdəndir. Yekta Kopan adlı bir türk yazıçı Parisə səyahət təşkil etdi. Məqsəd A.Kamyunu…

Tam mətn

Bəsit qab-qacaq məsələsi

10 noyabr Atatürkün vəfat etdiyi gündür. Türk tarixinin ən böyük şəxsiyyətlərindən biri, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşanı böyük hörmət, sonsuz sayğı və sevgi ilə yad edirəm. Haqqında milyonlarla səhifə kitab yazılıb. Mən bu gün ikicə xüsusa toxunmaq istəyirəm… 23 aprel 1920-ci il Türkiyə Böyük…

Tam mətn

Sevgililərindən tanrılar yaratmış qadın

Nizami küçəsindəki «Bilik» kinoteatrını xatırlayırsınızmı? Bakının yeganə «non-stop» sineması idi. Seans olmurdu, filmin ortasından da girə bilərdin zala, sonundan da, istəsən, axşama qədər də baxa bilərdin. Burada adətən geniş prokata çıxarılmayan, əsasən arthouse filmlər nümayiş olunurdu. Bakının o vaxtkı gəncləri Berqman, Antonioni, Tarkovskini ilk dəfə orda izləmişdilər….

Tam mətn

Nobel jurnalistikadan nələr çəkib

Nobel həftəsi hələ başlamamışdı. Netdə gözüm təsadüfən türkcə bir kitaba sataşdı — «Nobeller, Nobel ödülü ve Bakü Petrolleri». Satışa çıxmamışdı hələ. Bakının, Nobelin adını görüncə bir an əvvəl əldə etmək istədim. Dəyərli bir dostum kitabı gedib mətbəədən taparaq mənə hədiyyə etdi. Kitabın müəllifi həmyerlimiz, İzmirdəki 9 Eylül…

Tam mətn

Elçin Şıxlının ad günündə mübahisə

Xəritədə bu ölkəni tapmaq çətindir. Ensiz və uzunsovdur onun yeri, «S» hərfinə bənzəyir. Vyetnam əhalisinin əksəriyyətini təşkil edən vyetlərin cənubdakı (Nam) ölkəsidir — Vyet + Nam. Bu yaxında onun iqtisadiyyatı haqda kiçik bir yazı oxudum. Bu əsrarəngiz ölkə sosialist düşərgənin süqutundan sonra Asiyanın yüksələn ulduzuna çevrilib. Çin,…

Tam mətn