Ramilə Qurbanlı

Burda Sabir uyuyur

Şamaxıya getmişdim, ezamiyyətə. Dedim getmişkən ustadları ziyarət edim. Seyid Əzimi bir neçə dəfə ziyarət etmişəm, məzarı da lap göz qabağındadır, heç əziyyət çəkmirsən. Mirzə Ələkbəri axtarmağa vaxt lazım olduğundan, hər dəfə təxirə salmışdım. Bu dəfə vaxta meydan oxudum, ustadın xatirinə. Dedim yox e, bu dəfə tapıb ziyarət edəcəm, yoxsa ruhu deyər ki, ona görə əlinizdən çər gətirib çərlədim, bir saatınızı ayırıb demirsiniz ki, görüm bu harda uyuyur, bəlkə, elə məzarım-filanım yoxdu, yalan deyirlər Şamaxıda dəfn olunmağımı.

Tam mətn