İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Qardaşımla bir şahmat oyunu

Bin cihana değişmem Şu öksüz Türk’lüğümü Orta məktəbin son sinfində oxuyurdum. Qəbul imtahanlarına hazırlaşırdım. Qardaşım mane olmasın deyə şahmat fiqurlarını taxtaya düzüb qurdalanırdı. Hava isti və bürkü idi. Mağazaya getmək lazımdı. Qardaşım şahmatı yenicə öyrənirdi, oynayan tapa bilmirdi. Atamın vaxtı yoxdu, mənim isə hövsələm. Dedim ki, gəl şahmat oynayaq, uduzan mağazaya getsin. Rəşad uduzacağını bilirdi, razılaşmadı. Məndən balacadır qardaşım, başını tovladım, “Vəzirsiz və bir atsız oynayacam” dedim. Gedib anama nə dedisə gəlib razılaşdı.

Tam mətn

BAŞKEÇİD, DİDQORİ SAVAŞI və ÇƏKİKGÖZLÜ QIPÇAQLAR

Tarixçı deyiləm. Ancaq tarix kitablarını sevirəm. Zaman-zaman tarixlə bağlı elmi-populyar məqalələr də oxuyuram hətta. Araşdırıram bir az da bacardığım qədər. Əlimə keçəni deyil, xüsusi olaraq seçdiklərimi oxuyuram. Didqori savaşı haqda da belə oldu… 2019-cu il idi, bir-neçə günlük Bakıya gəlmişdim. Dostlarla bir söhbətdə niyə Azərbaycanın bəzi bölgələrində, xüsusilə də atamla anamın, dədə-babalarımın yurdu olan Qazax bölgəsində çəkik gözlü insanlara çox rast gəlinir deyə fikir ayrılığı yarandı.

Tam mətn

AYASOFYA

Sonuncu kursda idim, diplom işi yazırdım. Atam Moskvaya ezamiyyətdən hər zamankı kimi kitablarla qayıtmışdı. Kitablardan biri görkəmli ingilis tarixçisi ser Stiven Ransimenin (ing. Sir James Runciman, 1903-2000) Konstantinopolun süqutu ilə bağlı yenicə çıxmış bir kitab idi (“Падение Константинополя в 1453 году”, Наука, 1983). Əlimi kitaba uzadanda atam vermədi, sərt baxışı “Diplomunu müdafiə elə, sonra” deyirdi. Diplom rəhbərim prof. Vaqif Pirməmmədov (oxuduğum “Tətbiqi riyaziyyat” kafedrasının müdiri) də zatən məni tələsdirirdi.

Tam mətn

Tarixi dəyişdirən 30 kitab

                                                                     (II hissə)  8-cı kitab LE DEUXİÈME SEXE Simona de Bovuar (1908-1986) zadəgan bir ailədən gələn tanınmış fransız yazıçısı, ekzistensial fəlsəfənin ən rəngli nümayəndələrindən biri və feminist hərəkatın ideoloqlarındandı. Nigaha qarşı olduğundan uzun illər görkəmli fransız filosofu və yazarı Sartrın həyat arkadaşı olub.

Tam mətn

TARİXİ DƏYİŞDİRƏN 30 KİTAB

(I hissə) Bu gün həyatı, dünyanı və təbiəti az da olsa anlayır, xəyallar qurub başqa dünyalara səyahət edir, texnoloji sərhədləri silkələyib Yer kürəsini lərzəyə gətiririk. Bütün bunlar insan beynində inqilablar edərək fırtınalar qoparmış qiymətsiz kitablar sayəsində olmuşdur. Tarixin ən nəhəng filosof və mütəfəkkirləri, elm adamları insan qarşısında sürəkli yeni cığırlar açmışlar. Bəşər övladı artıq Yaradılışın sirrini çözməyin astanasına yaxınlaşmışdır. Bu gün insanlıq üçün cavabı məchul sualların sayı tükənmək üzrədir.

Tam mətn

BETHOVEN, KƏBƏ VƏ MƏHƏMMƏD PEYĞƏMBƏR

Lüdviq van Bethovenin (1770-1827) bu ilin sonunda 250 yaşı tamam olacaq. Önəmli yubiley ərəfəsində onun zəngin musiqi irsi yenidən araşdırılır. Az bilinən əsərləri çeşidli platformalarda yenidən ifa edilir. Koronavirusdan dolayı bir çox tədbirlər təxirə salınsa da sosial şəbəkələr Dünya musiqi tarixinin ən nəhəng bəstəkarını sürəkli zirvədə saxlayır… Bir neçə gün əvvəl başqa bir mövzuda axtarış edərkən təsadüfən qarşıma Bethovenin 1811-ci ildə yazdığı “Afina Xərabələri” (alm. Die Ruinen von Athen), op.113  adlı əsəri çıxdı.

Tam mətn

JÜL VERN və RAMAZAN AYI

Jül Vern »Aya Səyahət» romanını 1865-də yazıb. İnsanoğlunun Aya ayaq basmasından 104 il əvvəl. Uşaq kitabı sayılsa da hər yaş üçün maraq doğuran qeyri-adi gözəllikdə elmi-fantastik əsərdir. Uşaqlığımı bu kitabsız təsəvvür edə bilmirəm. Məktəbli ikən üç adamın Aya göndərildiyi hissəni oxuyanda ürəyimin necə həyəcanla döyündüyünü hələ də unutmamışam. Bu kitabı oxumadan, onun qəhrəmanlarının yaşadıqlarını yaşamadan uşaqlar yeniyetmə çağına ləng keçirlər deyə düşünürəm.

Tam mətn