Muəllif: Elçin Şıxlı

Çovğun

Sanki yer ayağının altından qaçdı. Qan başına vurdu. Gicgahlarının guppuldadığını hiss etdi. Qulağındakı güyültünü qovmaq istəyirmiş kimi başını zərblə bulayıb yoldaşının üzünə baxdı. Qızın üzü dümağdı – rəng-ruhu qaçmışdı. Gözləri təlaş və qorxudan az qala hədəqəsindən çıxırdı. Anası da yumağa dönüb mətbəxin bir küncünə sığınmışdı. Balaca nəvəsinin yağlı əppək olubmuş kimi göyə çəkilməsi ağlını başından almaq dərəcəsinə gətirmişdi onu… *** Bu şəhərdə qış həmişə mülayim keçərdi.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Acların fəlakət bayramı

Dünyanın elə bir ölkəsi yoxdur, verilən təbii fəlakət tərkibli proqnoza, qorxulu məlumata sevinsin. Proqnoz düz çıxmayanda isə sevinməyib kədərlənsin, acıqlansın. Azərbaycan istisnadır. Hidrometeorologiya Departamentinin 17-18 yanvar tarixləri üçün verdiyi qasırğa proqnozu, Təhsil Nazirliyinin bununla bağlı təhsil müəssisələrində ikigünlük tətil əmri, uyğun nazirliklərin fəlakətə hazırlıq işləriylə bağlı həyəcanlı məlumatları, sosial şəbəkələrdə yayılan hay-küylü, vahiməli şayiə səs yazıları bunu aydın göstərdi. Bütün bu həyəcan, vahimə, qoxulu bildirişlər vətəndaşlarımızda qorxu yaratmaq əvəzinə bayrama hazırlaşan uşaqların sevinci şəklində üzə çıxdı.

Tam mətn