Muəllif: Zülfüqar Rüfətoğlu

Vətən qız övladını çoxarvadlı ərəbin ayağına niyə verməməlidir?

Əslində bunu məqalə yox, bir həmkarımın Facebook postuna şərh kimi yazmağa başlamışdım, amma belə alındı…Yəni həmişə kimi məqalə alındı… Həmin həmkarım Facebook-da yazırdı: “Dövlət vətəndaşına sahib çıxmalıdır! »Birləşmiş Ərəb Əmirliklərinin şeyxlərinin biri ilə evli olmuş azərbaycanlı gimnast beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı məhkəmə qarşısına çıxarılacaq. Məhkəmə iddiası 3 övladının geri alınması və Zeynəb Cavadlının analıq hüququndan məhrum edilməsi ilə bağlı qaldırılıb. Məhkəmə fevralın 9-da Dubayda baş tutacaq.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

KİŞİLƏRİN QADINLARI TƏLƏYƏ SALDIĞI OYUN

Feminizm… Son dərəcə sadə ensiklopedik tərif: “(lat. femina – »qadın») — qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat. İlk baxışdan son dərəcə sadə, əslində isə qadının özü qədər mürəkkəb, ağılla dərkedilməz bir şey. Rus şairi Fyodor Tütçevin 1866-cı il, dekabrın 10-da yazdığı bir şeir var: Умом Россию не понять, Аршином общим не измерить: У ней особенная стать — В Россию можно только верить. Şair deyir ki, Rusiyanı ağılla dərk etmək olmaz, ona sadəcə inana bilərsən.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Qadınları soyundurmanın fəlsəfəsi…

Hicab ideoloji-dini geyim olduqca, hətta qadın bunu öz xoşuyla geyinsə belə, birmənalı olaraq azadlığın kişilər tərəfindən məhdudlaşdırlmasından və deməli, dini uniformadan başqa bir şey deyil. Təbii, mənimçün. Və bu, dartışılmaz məsələdir. Ancaq bu geyim forması ideolojilikdən kənara çıxan kimi adi dəb ünsürünə çevrilir və kimsənin onun məhdudlaşdırılmasına can atacağına, daha dəqiq ifadə etsək, yasaqlayacağına inanmıram.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Qadınlarımızın sevgi əxlaqsızlığı…

Mövzumuza daxil olmamış, bəri başdan bir şeyi xatırladım: bəzi oxucularımız başlığın yanlış olması, yaxud hansısa sözün dırnaqda yazılmasıyla bağlı göstəriş verməyə, tələb etməyə tələsməsinlər. Hansı sözün hansı məqamda dırnaqlı-dırnaqsız yazıldığını az-çox bilirik. Bu başlıqda sözün həqiqi və ifadə olaraq işlənməmiş əxlaqsızlıqdan gedir söhbət. Keçək mövzumuza. Hə… Bizim qadınlar… qızlar… Bu zərif cinsin ailəyə, əxlaqa sadiqliyindən əsrlərlə danışmaq olar – elə danışılır da… Lakin! Lakin məsələ ondadı ki, onları bu yöndəcə böyüdüb, tərbiyə eləyiblər.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Həyatıma girən müəmmalı qadın

Bir gecə yarısı, saat 3-4 radələrində həyatıma qəribə bir qadın girdi. Qəribə olduğunu sonradan biləcəkdim. Şeirlərimin heyranıymış. Məni şair kimi tanıyırmış. Nə adını bildim, nə sanını. Sonacan da bilmədim. Şəkli də yoxuydu. Yavaş-yavaş dostlaşdıq. Şəmslə Mövlanə kimi. Bir gün bir şeir göndərdim. Oxuyub yazdı: — Sənindi? Çaşdım. Bu nə sual idi? Sonra rəqəmsal dillə qəşş elədi mənim çaşmağıma. “Yox, sənindi”, — dedim, pərtliyimi ört-basdır etməyə çalışdım. Yavaş-yavaş anladım ki, sualı zarafat deyil, çox ciddiymiş.

Tam mətn
Muəllif: Seymur Kazımov

O qadın…

Yataqxanda birotaqlı evdə 3 nəfər yaşayırdı. Ana və iki övladı. Övladların hər ikisinin anadangəlmə görmə qüsuru vardı. Dünyaya gəldikləri gündən dünya işığına həsrət qalmışdılar. Oğlan da, qız da 20 yaşı keçmişdi. Ataları ikinci uşağın da gözdən əlil olduğunu biləndən sonra həyat yoldaşını tərk etmişdi. Ana da öz balaları ilə darısqal otağa sığınmış və 20 il əzab, əziyyətlə yaşamışdı. Ali təhsili olmadığından əlində sənəti yox idi. Müxtəlif işlər görüb, ailəsini dolandırırdı.

Tam mətn
Muəllif: Aytən Məmmədova

Qadın ətri və rüşvət qoxusu…

Bir anlıq təsəvvür edin: masa arxasında əyləşib ailəlikcə yemək yeyir və bilirsiniz ki, sizin də, elə uşağın da ağzındakı hər tikə başqa bir balanın boğazından kəsilib, boşqabınıza qoyulub… Bu mənzərəni yaşamadan, sadəcə, göz önünə gətirəndə belə, adamın boğazı kilidlənir, dili-dodağı quruyur. Amma hər gün bunu yaşayan minlərlə qadın var, ana var.

Tam mətn