Muəllif: İsmayıl Umudlu

Deputat və məmur bizneslə məşğul ola bilməyəcək

Bizneslə məşğul olan məmurlar və deputatlar cinayət məsuliyyətinə cəlb olunacaqlar. MM Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rafael Cəbrayılov APA-ya açıqlamasında bildirib ki, bununla bağlı komitənin sabah keçiriləcək iclasında Cinayət Məcəlləsinə əlavələr müzakirə olunacaq. Təkliflər arasında CM-yə biznes fəaliyyətindən əldə etdiyi gəlirin müsadirə olunması ilə yanaşı,…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Hərbi bilet üçün 600 manat rüşvət istəyib

Baş Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin əməkdaşının həbsi ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən bildirilir ki, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin əməkdaşının qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb….

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Dördüncü uşaqdan sonra məbləği artacaq

Ailələrində dördüncü uşaqdan sonra doğulacaq hər uşağa görə verilən müavinətin məbləği artırılacaq və onlara ərzaq üçün talonlar veriləcək. Bu, yeni hazırlanan “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsində nəzərdə tutulub. Layihəyə görə, eyni zamanda övladlığa götürülən uşaqlar da daxil olmaqla, tərkibində 5 və daha çox 18 yaşına qədər, habelə…

Tam mətn
Muəllif: Redaksiya

Çoxuşaqlı ailəyə təhsildə güzəşt

Çoxuşaqlı ailəyə yaşayış sahəsi pulsuz verilə və həmin ailəyə xüsusi müavinət ayrıla bilər. Bu, yeni hazırlanan «Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında» qanun layihəsində nəzərdə tutulur. Layihə parlamentə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daxil olub. Belə bir qanunun hazırlanmasına səbəb son 10 ildə çoxuşaqlı ailələrin sayının sürətlə azalması…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Magistraturaya qəbulda II mərhələ ləğv edilə bilər

«Abituriyent» jurnalının 12-ci sayının təqdimatında Məleykə Abbaszadə bu tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair məruzə ilə çıxış edərkən bildirib ki, bu sayda cari tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili aparılıb. Tələbə…

Tam mətn
Muəllif: Redaksiya

İnformasiya Texnologiyaları Universiteti yaradılır

Ölkə prezidenti İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, İnformasiya Texnologiyaları Universiteti yaradılıb, Nazirlər Kabinetinə bu universitetin Nizamnaməsinin layihəsini hazırlayıb iki ay müddətində prezidentə təqdim etmək tapşırılıb. NK İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar 2013-cü il üçün dövlət büdcəsindən və 2014-cü il və növbəti illər üçün dövlət…

Tam mətn
Muəllif: Redaksiya

İlham Nəzərov Roma Opera Teatrında çıxış edib

Azərbaycan Dövlət Filarmoniyası Xor Kapellasının, Dövlət Akademik Opera və Balet Teatrının və «Üns» yaradıcılıq səhnəsinin solisti, gənc vokalçı İlham Nəzərov dünyanın ən möhtəşəm opera səhnələrindən biri sayılan Roma Opera Teatrında «Nos» operasında iştirak edir. Bu günlərdə burada dahi rus bəstəkarı Dmitri Şostakoviçin bu operası tamaşaya qoyulmuşdur. Mədəniyyət və Turizm…

Tam mətn