Gənclərə tövsiyə: bax, qız qaçırmaq adəti — adam oğurluğudur
Millət vəkilinin sözlərinə görə, bu məsələnin üzərində işləmək lazımdır ki, insanlar məlumatlı olsunlar: «Yəqin ki, bu, hüquqi maarifləndirmə ilə bağlı problemdir və bunu həll edə də bilmirik. Müasir dövrdə yəqin ki, maarifləndirmənin üsulları başqa cür olmalıdır. Burada bizim bildiyimiz ənənəvi maarifləndirmə üsulları yetərli deyil. Bu gün hamı — ictimaiyyət,…
Qızıl Xaç Azərbaycanda saxlanılan erməni hərbi əsir və bir ailənin üzvü olan 5 mülki şəxslə görüşüb
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təmsilçiləri Azərbaycanda saxlanılan erməni hərbi əsir və bir ailənin üzvü olan 5 mülki şəxslə görüşüblər. BQXK Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın sözlərinə görə, başçəkmə dünən baş tutub. Saxlanılan şəxslərə ailə məlumatları ötürülüb, eyni qaydada ailə məlumatları alınıb. Qeyd edək ki, ötən…
Vətəndaşları Rusiyada məcburi əməyə cəlb etmişdi, 9 il aldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan vətəndaşlarını Rusiyada məcburi əməyə cəlb etməkdə təqsirli bilinən Əvəz İlyasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, Əvəz İlyasov 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Əvəz İlyasov həbs edilib. Onun bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşlarını Rusiyanın Samara şəhərində məcburi əməyə cəlb etməsi faktı müəyyən edilib.
İstintaq müəyyən edib ki, Əvəz, Rzabala və Səid İlyasov qardaşları insan alveri ilə pul qazanmaq qərarına gəliblər. Onlar kasıb ailədən olan azərbaycanlılara tikinti sektorunda iş təklif ediblər, onlar üçün xarici pasport və qatara bilet alıblar, 2011-ci il dekabrın 10-da isə həmyerlilərimizi Samaraya aparıblar. Həmin şəxslər orada donuz fermasını təmizləməyə və heyvanlara baxmağa başlayıblar.
Səid İlyasov bir neçə il əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Səid İlyasovun cinayət işi araşdırılan zaman digər qardaşları məsuliyyətə cəlb etmək mümkün olmayıb. Rzabala və Əvəz İlyasov qardaşları Azərbaycanın hüdudlarından kənarda olduğu üçün həbs edilmələri mümkün olmayıb. Lakin ötən il hüquq-mühafizə orqanlarının əməkdaşları Əvəz İlyasovu həbs edə biliblər. Amma Rzabala İlyasovu həbs etmək mümkün olmayıb. Buna görə də Rzabala İlyasovun barəsində İnterpol vasitəsi ilə beynəlxalq axtarış elan edilib.
İlyasov CM 144-1-ci (insan alveri) maddəsinə əsasən ittiham olunub. Hökmdən narazı qalan İlyasov apellyasiya şikayəti verib.
İsmayıllı hadisələri üzrə prosesdə müttəhimlərin təqsiri sübut olunmur
Məhkəmə iclası zamanı 19 şahid və 2 zərərçəkən dindirilib. Hüquq müdafiəçisi Rəsul Cəfərov Turan-a bildirib ki, dindirilənlərin heç biri müttəhimlərin əleyhinə ifadə verməyib. İki nəfər zərərçəkən “Çıraq” otelində qalan şəxslər olub. Bakı sakinləri olan bu adamlar otel yanarkən gecələyə bilmədiklərinə görə zərərçəkən kimi tanınıblar. Onların hər birinə dəyən zərər…
QMİ dini təriqətlərə xəbərdarlıq edib: fətva işi sizlik deyil!
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda müxtəlif dini məzmunda fətva xarakterli bəyanatlarla çıxış edən dini təriqətlərə xəbərdarlıq edib. QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə APA-ya açıqlamasında həmin dini icmalara, təriqətlərə xitabən bildirib ki, nəinki Azərbaycanda, hətta bütün Qafqaz müsəlmanları arasında fətva vermək səlahiyyəti yalnız QMİ-yə məxsusdur.
O qeyd edib ki, bütün Qafqazda QMİ-dən başqa heç kimin, heç bir qurumun fətva vermək səlahiyyəti yoxdur: “Bunu edənlər ciddi səhvə yol verirlər. QMİ heç vaxt hansısa döyüşlə bağlı fətva vermir. Şəriət işlərinə ancaq bizim idarə baxır və onun fətva şöbəsi qərar verir”.
QMİ rəsmisi həmin dini təriqətlərə ciddi xəbərdarlıq da edib: “Onlara buradan bildirmək istəyirəm ki, özbaşına iş görməsinlər və hüquqları olmayan, özlərinə aid olmayan işlərə qarışmasınlar. Əks halda, bu hərəkətləri onlar üçün yaxşı nəticə verməyəcək”.…
Alimlərimiz ürək-damar xəstəliklərinin monitorinqi üçün yeni sistem yaradıblar
Azərbaycan alimləri tibb sahəsi üzrə yeni bir sistem yaradıblar. Belə ki, mobil telefon və kompüter vasitəsilə ürək-damar xəstəliklərinin başlanğıcının gizli dövrünün monitorinqi aparılacaq. Bu barədə APA-ya açıqlamasında Azərbaycan MEA Kibernetika İnstitutunun direktoru Telman Əliyev məlumat verib. O bildirib ki, ürək-damar xəstəliklərinin başlanğıcının gizli dövrünün monitorinqi sistemi artıq noutbuklarda həyata keçirilib və hazırda işləyir. T.Əliyevin sözlərinə görə, yeni sistem nümayiş olunandan sonra böyük marağa səbəb olub: “Bu variant hətta reanimasiya xəstələrinin vəziyyətinə nəzarət etmək üçün hazır vəziyyətə gətirilib. Bu variantı mobil telefon vasitəsilə həyata keçirmək üçün hazırlıq işləri görülür və yaxın vaxtlarda həll edilərək başa çatdırılacaq.
Yeni sistemə Polşadan çox böyük maraq göstərildiyini deyən T.Əliyev qeyd edib ki, bu ölkənin Biokibernetika İnstitutu bu texnologiyanı onlarla birgə işləmək üçün müraciət edib: “Biokibernetika İnstitutu kardioqramların analizində bizim texnologiyadan istifadə etmək üçün müqavilə təqdim edib və razılıq vermişik. Yaxın vaxtlarda iki qurum arasında birgə elmi əməkdaşlıq barədə müqavilə imzalanacaq. Bundan əlavə, İtaliya, İspaniya, İngiltərə, Rumıniya kimi ölkələrdən mobil telefonla aparılan işi birgə görmək üçün bizə müraciət olunub. Litva öz klinikalarında bu texnologiyanı tətbiq etmək istəyir. Onlarla da danışıqlar aparılıb və müvafiq işlər görüləcək. Bu layihəni xarici dövlətlər Avropa Birliyi ilə birgə layihə kimi təqdim etmək istəyirlər. Bununla da Azərbaycanda ilk dəfə olaraq hazırlanan böyük layihə dünya birliyinə çıxacaq”.
İnstitut direktoru qeyd edib ki, ölkədə kardiologiya üzrə çox böyük işlər görülür, amma bu sahədə mobil telefondan istifadə edilməsi barədə elmi-tədqiqat işləri aparılmır: “Bu tədqiqatlar Kibernetika İnstitutu tərəfindən aparılır. Yəqin ki, gələcəkdə bu fəaliyyəti birləşdirəcəyik. Yeni yaradılan sistem mobil telefonun öz sahibini kardioloji cəhətdən monitorinq etməsinə imkan verir. Bu sistem dünyada yoxdur və ilk dəfə olaraq Azərbaycanda yaradılıb”.
Bakıelektrikşəbəkə borclu abonentlərə vaxt qoydu: 24 yanvar saat 12:00
Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün Bakıelektrikşəbəkə ASC tərəfindən çox ciddi tədbirlər görüləcəkdir. Elektrik enerjisi təchizatı…