ANAMA minaaxtaran itlərin ixracına başlamağı planlaşdırır. Bu barədə ANAMA direktoru Nazim İsmayılov məlumat verib.İsmayılovun sözlərinə görə, hazırda ANAMA-nın bazalarında minaaxtaran itlərin hazırlığı keçirilir. İndiyədək xeyli sayda it öyrədilərək əməliyyatlara cəlb olunub: «Biz indiyədək əsasən xarici ölkələrdən minaaxtaran itlər alırdıq. İtlər təhlükəsiz minatəmizləmə əməliyyatlarının təşkilində geniş istifadə olunur. ANAMA-nın fəaliyyətində də kifayət qədər belə nəticələr var».
ANAMA direktoru onu da qeyd edib ki, hazırda dünyada çox az ölkədə mina və partlayıcı maddələr axtaran itlər hazırlanır. Bu səbəbdən də dünyada minaaxtaran itlərin qiyməti bahadır. Hazırda ANAMA-nın əməliyyatlarında hazırda 36 minaaxtaran it iştirak edir.…
Sökülməkdə olan beşmərtəbəli bina uçdu: 2 ölü, 7 avtomaşın əzildi
Bakının Heydər Əliyev prospektində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində yaxınlıqda dayanan avtomobillərdən biri tam yararsız hala düşüb, daha 6 maşın qismən əzilib. FHN əməkdaşlarının səyi nəticəsində prospekt dağıntılardan təmizlənib. Hazırda Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti bərpa olunub. Bu gün saat 16.00 radələrində Bakının Nərimanov rayonunda sökülməkdə olan bina uçub….
Suriyada daha bir azərbaycanlı məchul amal uğrunda öldürülüb. Bu xəbər islamçı saytlardan yayılıb. “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan “Əbu Sənan” ləqəbli azərbaycanlı mücahid bir neçə gün əvvəl Suriyanın hökumət qüvvələri tərəfindən öldürülüb. O, Bakının Qaraçuxur qəsəbə sakini Vüsal Rəcəbovdur. Mücahidlər Vüsalın fotosunu da yayıblar.
Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
Bu arada Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Deniz Duran Suriyada döyüşlərdə 100-ə yaxın azərbaycanlının həlak olması barədə məlumatlara münasibət bildirib. Duran bu günkü mətbuat konfransında deyib ki, mediada bununla bağlı hesabatlar, məlumatlara rast gəlir: “Bilirik ki, bu insanlar Suriyada döyüşərdə iştirak edə bilərlər. Azərbaycanda bir ailə bizə müraxiət edərk Suriyada olan ailə üzvü ilə əlaqə yaratmağa çalışdığını demişdi. Biz də Suriyadakı nümayəndəliyimizlə əlaqə saxlayaraq nə edə biləcəyimizi aydınlaşdırmağa çalışdıq”.
Duran bildirib ki, araşdırma nəticəsində məlum olub ki, Suriyada mühit çox mürəkkəbdir və ölkədə müxtəlif qruplardakı xarici ölkə vətəndaşları ilə əlaqə yaratmaq qeyri -mümkündür. Çünki Suriyada ərazi böyük, qruplar müxtəlif və çoxdur: “Suriyadakı nümayəndəlyimiz Suriya hakimiyyət orqanlarının saxlandığı iddia edilən 355 nəfərin siyahısını Suriya hakimiyyətinə təqldim edib. 355 insanın hamısı Suriya vətəndaşlarıdır, xaricilər deyil və aralarında azərbaycanlılar yoxdur. Təəssüf ki, xarici döyüşçülərin taleyinin aydınlaşdırılması ilə bağlı bizim Suriyada fəaliyyətimiz həddən artıq məhduddur. Biz tərəflərlə danışıqlar apararaq Suriyada müxtəlif ərazilərə daxil olmağı təmin etməyə çalışırıq. Bu yaxınlarda BQXK-nin rəhbəri də Suriyaya səfər edib və bu məsələni ən yüksək səviyyədə qadldırıb. Məqsədimiz döyüşlərdən zərər çəkən insanlara humanitar yardımı çatdırmaqdır, o zonalarda olan insanların ailələri ilə əlaqələrini təmin etməkdir. Təəssüf ki, Suriyadakı nümayəndəliyimiz xaricilərlə bağlı bu xidməti təklif edə bilmir”.…
Sümüksüz ət satışı qadağan edilib: at-eşşək əti həyəcanı…
Aslanov qeyd edib ki, hazırda Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşlarının əksəriyyəti əmrlə şəhərdəki obyektlərə ezam olunublar. Onlar dönərxana, restoran, kafe və bu qəbildən olan digər obyektlərdə, eləcə də ət məhsullarının satışı ilə məşğul olan ticarət müəssisələrində sümükdən ayrılmış vəziyyətdə ət axtarırlar: «Hələlik indiyədək heç bir neqativ hal aşkarlanmayıb. Amma…
İtkinlərin taleyinə aydınlıq gətirilməsində irəliləyiş yoxdur. Cümə günü Bakıda keçirdiyi brifinqdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duran deyib ki Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin tapılması, onların taleyinə aydınlıq gətirilməsi istiqamətində Azərbaycan və Ermənistan hökumətləri arasında mövcud əməkdaşlığın səviyyəsini dəyərləndirən D.Duran bildirib ki,…
Qızıl Xaç itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələr toplayacaq
Onun sözlərinə görə, bugünədək 856 itkin düşmüş şəxsin ailəsi dəstək üçün dövlət orqanlarına, 376 nəfər şəxsin ailəsi isə İran Qızıl Aypara Cəmiyyətinə yönləndirilib. Bunlar ev, stasus, təqaüd və s. problemlərlə bağlıdır. Bundan əlavə, 39 şəxsə əlil arabası və qışda qorunmaq üçün qızıdırıcılar verilib. Duran deyib ki, lakin həmin ailələrin…
Təmizləyici qurğuları olmayan müəssisələr bağlanacaq
Nazirlik mətbuat xidmətindən bildirilir ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkə başçısının ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə daha da ciddi tədbirlərin görülməsi, havanı çirkləndirən amillərin bir daha təftiş edilməsi və bu amillərə qarşı kəskin mübarizə aparılması, yüksək avro standartına keçidin sürətləndirilməsi, müəssisələrdə ekoloji tədbirlərin görülməsi, ekoloji standartlara və…