Muəllif: Gyull Nar

Beyin işi

                      Boz mayenizə göy qurşağının bütün rənglərini yerləşdirdik.                       Dinləməyi daha çox sevən bir adamın yazısını oxyursunuz. Mən insanın özünü yaratmasının tərəfdarıyam. İllərlə oxuduqlarımız, başımıza gələn və bizə dərs olacaq hadisələr bizi formalaşdıra bilmirsə, inanmıram ki, uğurlu ola bilərik. Bu fikirlə razılaşmayanlar olacaq. Onlar üçün deyil o zaman bu yazı… Qarşımıza çıxan insanların pisi, yaxşısı olmur. Hamısı insandır və bizə nələrisə öyrətməyə, dərs vermək üçün gəlib düşürlər həyatımızın ortasına. Bəzilərinə şad oluruq, bəzilərinə peşiman. Amma hamısı əvəzolunmazdırlar.

Tam mətn
Muəllif: Nailə Vasifqızı

«Qızlarınıza dəstək olun…»

«Qızlarınıza dəstək olun…»   “Bir oğlana təhsil verməklə təhsilli insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli ailə” (Hacı Zeynalabdın Tağıyev) Türkiyənin Bahçeşehir universitinin məzunu Günel Musayevanın «Qızıl beyin» mükafatının təqdimat mərasimindəki çıxışı ötən ay İnternetdə ən çox baxılan videosüjetlərdən olub. O, «İlin ən yaxşı məzunu» adına layiq görülüb, bacısı Xeyransa üçüncü yeri tutub. Gənclərimizin hər bir uğuru (xüsusilə, bilik sahəsində!) ölkənin gələcəyinə olan ümidlərimizi artırır. Tanış olun, daha bir ümidimiz: Musayeva bacıları.

Tam mətn
Muəllif: Ramin Deko

Ümidlərin dəfn olunduğu paytaxt

Bu ölkədə yüzlərlə adam Covanni Droqonun taleyini yaşayıb və yaşayır. Covanni Droqo italiyalı yazıçı Dino Bussatinin “Tatar çölü” əsərinin baş personajıdı. Hərbi akademiyanın yenicə məzunu olmuş Droqo ideal hərbçi xəyalları qurur və ölkənin sərhədlərində yerləşən Bastiani qalasına təyinat alır. Bir gün də burada qalmaq istəməyən, ancaq məcburiyyətdən qalada dörd ay xidmət edəcəyini düşünən gənc leytenantın buradakı ayları illərə dönür.

Tam mətn
Muəllif: Mehparə Rəhimqızı

Xeyir, yoxsa şər?

Səhər məktəbə gedirdim. Qarşı tərəfdə, sürücünün  yanında orta yaşlı bir kişi oturmuşdu. Maşın yola düşəndən bir qədər sonra sürücü ilə söhbətə başladı. Daha doğrusu o danışır, sürücü  də qulaq asır, hərdən də onun sözlərini təsdiq edirdi, yola diqqət etdiyindən çox az hallarda həmsöhbətinin sözlərinə cavab verirdi, amma adamın danışdıqlarının onun da ürəyindən olduğunu görürdüm. Söhbəti  istər-istəməz mən də eşidirdim.

Tam mətn
Muəllif: Ramin Deko

Bura giriş var, çıxış yoxdu

Böyük darvazalı, uçuq-sökük yerləri ala-bula rənglənən beş mərtəbəli xəstəxananın divarlarından irin yağır. Həyətdə adda-budda əkilən güllərdən xeyli aralıda bir neçə skamya var. Qalan ərazi bombozdu, səhranı xatırladır. Həyat sanki donub. Xəstəxanaya daxil olanlar da həkim yanından əli kağızlı çıxanlar kimi qaşqabaqlı, əsəbi insanlardı. Heç kimin üzü gülmür. Hətta “sən sağlamsan” cavabını alanların da bənizləri dümağdı. Xəstəxana adamı özündən uzaqlaşdırır.

Tam mətn
Muəllif: Mehparə Rəhimqızı

Səs

  »Dünya, bizi niyə eşitmirsən? Bizi incidirlər, əzirlər, öldürürlər». Elə istəyirdim ki, giley-güzarımı  dünyanın üstünə tökməkdə davam edim, dünyadan səs gəldi:”Sən məni eşidirsənmi? Dünya qanunlarla idarə olunur, sən qanunun nə olduğunu bilirsənmi?”. Düzü, çaşıb qaldım, söhbət hansı qanunlardan gedir?! Astadan dedim:”Mən dünyanın insanlarına səslənirdim, sən hansı dünyanın səsisən?”. Cavab gəldi:”Elə mən də dünyanın insanlarının səsiyəm, özü də qanunlarla yaşayan insanların. Hüququn, ədalətin keşikçisi olan insanların səsiyəm.

Tam mətn
Muəllif: Ramin Deko

Bir zamanlar orada kitab passajı vardı

Əvvəllər ora kitab passajı idi. Hündür mərtəbəli binaların başından günəş əlini sallamamış satıcılar qalaq-qalaq kitabları saralmış un kisələrindən çıxarıb tozunu alar, sonra piştaxtaların üstünə yığardılar. Lap başda yaşlı kişi dayanırdı. O, kitabları qalın-incə, köhnə-təzə hissələrə ayırıb saf-çürük edəndən sonra cərgəylə düzür, bir az geriyə çəkilib uzaqdan öz əl işinə tamaşa edərdi. Nəsə gözünə xoş görünməsəydi, piştaxtanın altını üstünə çevirər, kitabları yerə tökər, yenidən yığardı. Bu kitab düzmə prosesi hər gün onun iki saatını alardı.

Tam mətn