Muəllif: Fərrux Şıxlı

Amneziya

Təxminən iki ay bundan qabaq, daha doğrusu sentyabrın 18-də, dahi Üzeyir Hacıbəyovun doğum günü idi. Saytlardan biri bu münasibətlə Bakı küçələrində videosorğu keçirmişdi. Təxminən beş dəqiqəlik süjetdə jurnalist on-on iki adama “Üzeyir Hacıbəyovu tanıyırsınızmı?” sualını verməyə fürsət tapmışdı. Sual müxtəlif yaş təbəqələrinin nümayəndələrinə verilmişdi. Amma, əsasən, gənclər idi.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Yaza bilmədiyim yazı

“Bu yazını yazım, yoxsa yazmayım?” – deyə xeyli vaxtdır götür-qoy edirəm. Hər ikisinin tutarlı səbəbləri var. Əvvəlcə “yazmayım” fikrinin səbəbləri barədə. Biz yazıları toplum üçün yazırıq. Amma bu mövzuda fikrim cəmiyyətin çoxluğunun mövqeyi ilə üst-üstə düşmədiyi üçün bir qədər çəkinirəm. Çünki cəmiyyətimiz yazmaq istədiyim və ya yazmağa çəkindiyim bu mövzuya nəinki birmənalı yanaşmır, hətta onları qəbul etmir. Elə bu yaxınlarda onların hüquqları barədə bir videoblog hazırlamışdım.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Bəs bizi kim qoruyacaq?

Son vaxtlar əksəriyyət nümayəndəlik institutunun ləğvindən yazır. Vəkili də, hüquqşünası da, vətəndaş cəmiyyətinin üzvü də, jurnalisti də. Yenə də həmişə olduğu kimi sadə vətəndaşların az qisminin bu haqda nəsə yazdığının şahidi oluruq. Demək olar ki, yazmırlar. Çünki onlar üçün maraqlı deyil. Çünki onlar siyasətə qarışmırlar. Vəkillər və hüquqşünaslar bu məsələnin sonradan gətirəcəyi fəsadlara diqqət çəkirlər. Jurnalistlər daha çox statistik məlumatların üstündə dayanırlar. Vətəndaş cəmiyyətinin üzvləri isə bu presedentin vətəndaşlara verəcəyi “töhfələr”i önləməyə çalışırlar.

Tam mətn
Muəllif: Aytən Məmmədova

Qadın ətri və rüşvət qoxusu…

Bir anlıq təsəvvür edin: masa arxasında əyləşib ailəlikcə yemək yeyir və bilirsiniz ki, sizin də, elə uşağın da ağzındakı hər tikə başqa bir balanın boğazından kəsilib, boşqabınıza qoyulub… Bu mənzərəni yaşamadan, sadəcə, göz önünə gətirəndə belə, adamın boğazı kilidlənir, dili-dodağı quruyur. Amma hər gün bunu yaşayan minlərlə qadın var, ana var.

Tam mətn
Muəllif: Seymur Kazımov

Pişiyin dərdi iti öldürər

ABŞ Dövlət Departamenti Azərbaycanda yaşayan vətəndaşlarına xəbərdarlıq edib ki, bu ölkədə xəstəxanaya müraciət etməyin, üstəlik aptekdən də dərman almayın. Doğrusu, dünyanın super dövlətinin məlum xəbərdarlığı nə təəccüb doğurmalıdır, nə də narahatlıq ifadə etməlidir. Azərbaycanda illərdir həkimlərin təhsilindən tutmuş, onların sosial statusu barədə həm yazılır, həm də danışılır. Həm də ona görə təəccüblənmədim ki, gözəlim məmləkətin vətəndaşlarının özlərini müalicə etdirmələri üçün Astara sərhəd-keçid məntəqəsində dar qəfəsin içərisində hansı zülmlər çəkdiyinin şahidi olmuşam.

Tam mətn
Muəllif: Kamran Mahmudov

JURNALİST… ELÇİ… SİLLƏVURAN…

Bu yaxınlarda hüquq şirkətinin rəhbəri olan dostum zəng vurmuşdu. Hal-əhvaldan sonra öyrəndim ki, sən demə zəng vurmağının səbəbi başqa imiş. Dostum məndən bu yaşıma qədər adını eşitmədiyim bir –iki xəbər saytının adını sordu. Məsələnin mahiyyətinə gəldikdə isə məlum oldu ki, həmin bu “göbələk kimi yağışdan sonra” ortaya çıxan saytların bir çoxunda dostumun partnyorluq etdiyi bir şirkət haqda eyni məzmunlu və hətta deyərdim eyni mətnli qarayaxma yazılıb.

Tam mətn
Muəllif: Mehparə Rəhimqızı

Müəllimin sehrli qutusu

Bir qutu təsəvvür edin, içərisində sizin, ailənizin, yaxınlarınızın, doğmalarınızın  azadlığı, xoşbəxtliyi, iş və karyera həyatı, gələcəyi və bütün bunların təminatı olan qanunlar, qanuni idarəetmə formaları var. Dövlətin təhlükəsizliyi, toxunulmaz sərhədləri, ərazi bütövlüyü, beynəlxalq nüfuzu, güclü iqtisadiyyatını təmin edəcək, kənd təsərrüfatını inkişaf etdirəcək layihələr, cəmiyyəti normal hala gətirəcək  hər şey var. Və bir gün, bu qutu sizə verilir, siz nə edərdiniz? Variantlarınız da var: Qutunu qoruyaram            B) Qutunu “sataram” Nəticələri düşünmək istərdinizmi?

Tam mətn