2020-ci il qorxusu…
2018-ci ilə sayılı günlər qalıb. Hamı bayram əhval-ruhiyyəsində olsa da, günlər keçdikcə mənim canımı qara qorxular alır. Çünki 2018-ci il həm də bizi 2020-ci ilə yaxınlaşdırır. Yəqin indi qorxumun səbəbini anladınız. Baş nazirin müavini Əli Həsənov deyib ki, 2020-ci ildə Azərbaycanda bir nəfər də yoxsul qalmayacaq. Bilmirəm nə dərəcədə doğru müqayisədir, amma bu bəyanat prezident İlham Əliyevin prezidentliyinin ilk çağlarında verdiyi “Azərbaycanda bir nəfər də müxalifətçi qalmayacaq” bəyanatını xatırlatdı.