Muəllif: Hüseynbala Səlimov

HAMINI MURADINA ÇATDIRAN 20 YANVAR…

Yadıma bir əcnəbi tarixçinin və jurnalistin maraqlı fikri düşür. O yazırdı ki, tarixçilə jurnalist arasındakı fərq sadəcə, interval fərqidir — əgər tarixçilər daha böyük zaman intervallarını götürürlərsə, jurnalistlər bunu kiçik intervallarda edirlər, amma obyekt eynidir – tarixdir… Bunu niyə xatırladım?

Tam mətn
Muəllif: Aytən Məmmədova

Bədbəxtllik bataqlığındakı uşaqlar

Hər dəfə metro keçidlərində, yol kənarında dilənən hamilə qadın görəndə çox sarsılıram. Adətən, belə qadınların yanında başqa uşaq da olur. Gözlərinə kədər çökən uşaq. Anlayırsan ki, tezliklə bu uşağa gözlərindəki kədərə uzun-uzun baxmağa cəsarət eləməyəcəyimiz başqa uşaq da qoşulacaq. Bu uşaqları anası yedirdəcək, amma kədər böyüdəcək… Saru Brayerli itkin düşəndə cəmi beş yaşı vardı. Anası, qardaşı və bacısı ilə Hindistanın yoxsul kəndlərindən birində yaşayırdı. Atası onları çoxdan atmışdı. Anası ailəni dolandırmaq üçün daş daşıyırdı. Yenə çatmırdı.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

TƏBRİZ NİYƏ QALXMADI?..

Böyük sosial təlatümlər — qiyam və inqilablar böyük nəğmələrini də yaradıblar. Uzağa niyə gedək, “Marselyeza” da, hətta “İnternasional” da beləcə yaranıb. İranda dekabrın lap son günlərində başlayan və yanvarın ilk günlərinədək seyrək şəkildə davam edən etiraz aklsiyalarını hansı musiqinin müşayiət etdiyini, etirazçıları hansı melodiyaların ruhlandırdığını bilmirik.

Tam mətn
Muəllif: Kamran Mahmudov

İntiharlar ölkəsi…

Yenə intihardan yazacam. Daha doğrusu intiharlardan. Son günlərin ən aktual mövzusu olan insan ölümlərindən. İndi bir çoxları deyəcək ki, intihar indinin mövzusu deyil ki? Sovet dövründə də intiharlar var idi. Sadəcə, statistikanı gizlədirmişlər. Azacıq da olsa, sovet dövründə yaşamış biri kimi deyə bilərəm ki, düz demirlər. Sovet dövründə intihar sayları bu qədər deyildi. Mən rayon yerində böyümüşəm. Orada kiminsə hinində bir toyuq qəfil ölürdüsə, müzakirəsi ən azı bir həftə gedirdi. İndiki kimi yadımdadır.

Tam mətn
Muəllif: Seymur Kazımov

Əfqanın, bizim və onların gözləntiləri

2017-ci ilin son saatlarında sözün bütün mənalarında yıxıldıq. Dostumuz, həmkarımız Əfqan Muxtarlının bacısı, onun övladı və qardaşının övladı Zaqatalada dəm qazından boğularaq haqqın rəhmətinə qovuşdular. 2017-ci il, bəlkə də bu günədək yaşadığı illərin ən acılısı kimi Əfqanın ürəyinə və yaddaşına həkk olundu. Biz də bu acıdan nəsibimizi aldıq — Əfqanın dostları olaraq. Çünki, hamımız ilahi ədalətin təcəlli edəcəyi günü gözləyərkən, fələyin dəmir yumruğu düz təpəmizə endi.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Üç itkin vətəndaş

2017-ci ilin sonunu isə üç alpinistimizdən xəbər gözləyə-gözləyə keçirdik. Dekabrın 24-dən itkin düşən üç gəncdən xəbər gözləyirdik. Hələ də gözləyirik. Artıq neçənci dəfədir il sonlarını kədərlə başa vururuq. Məsuliyyəsizlik ücbatından. 2015-ci ilin dekabrında Günəşli yatağında baş verən faciənin qurbanlarını və onların ailələrini düşünüb kədərlənirdik. Hadisələrin vaxtı kimi baş vermə səbəbi də oxşardır. Əslində, rəsmi açıqlamalarda səbəb kimi hava şəraiti göstərilsə də, bunun bir adı var: qurumların məsuliyyətsizliyi.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

BÖYÜDÜKCƏ KİÇİLƏN PUTİN…

Yenicə başladığımız ilin daha hansı siyasi hadisələrlə yaddaşlarda qalacağını indidən təxmin etmək asan olmasa da ən azı bir məsələdə mübahisəli məqamlar yoxdur: bu il, sözün əsl mənasında, “seçki paradı” olmağı vəd edir. Birdən–birə dörd postsovet ölkəsində — Rusiya, Ukrayna, Azərbaycan və Ermənistanda prezident seçkiləri gözlənir. Amma nə qədər təəccüblü olsa da, bu dörd ölkədə baş tutacaq prezident seçkisi adi və yaxud da orta statistik bir demokratik ölkədəki seçki qədər suallar doğurmur, məchulluqlar və qeyri-müəyyənliklər vəd etmir.

Tam mətn