Muəllif: Fərrux Şıxlı

Buna da bir quş

Çoxdan idi kinoteatra getmirdim. Lap çoxdan. Bəlkə də ölkəmiz müstəqillik qazanandan bu yana. Yox, kinoya baxmaq həvəsim ölməyib, qabağımda pürrəngi çay, divanda yayxanıb televizorda yaxşı bir filmə tamaşa etməyi xoşlayıram. Bəlkə də kinoteatra getməməyimin səbəblərindən biri məhz elə istədiyin kino əsərinə evdən çıxmadan baxmaq imkanının olmasıdır. Başqa bir səbəb isə yəqin ki, bir ara kinoteatrların bağlanıb yerlərində restoran və kafelərin açılması idi. Bir ara deyəndə, bu vəziyyət elə indinin özündə də davam edir.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Vicdanlı jurnalistlərin aqibəti

Nicatı itirdik. 39 yaşında. İndi bir çoxunuz soruşacaqsız ki, Nicat kimdir? Mənim kimi sadə jurnalist baba. Heç bir qruplaşma üzvü olmayan, kiminsə deyil, ancaq cəmiyyətin məqsədlərinə xidmət edən, haqqın-ədalətin tərəfində olan sadə bir jurnalist. Nicatla çox oxşar tərəflərimiz vardı. Dilimiz acı idi. Çünki qarşımızdakının kim olmasından asılı olmayaraq doğru bildiklərimizi deməyə çalışmışıq. Həqiqət isə həmişə acı olur. Kiminsə, nəyinsə yanında, hansısa qruplaşmanın tərkibində deyil, haqq bildiyimizin yanında olmuşuq. Tənqiddən çəkinməmişik.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

BİZ HƏR DƏFƏ AVROPALI OLMAQ İSTƏYƏNDƏ…

Bəli, ya insafsız-mürvətsiz cinlər-əcinnələr-cadugərlər şəhri-Parisi dağıdır, ya da ki, özümüz elə bir hoqqa çıxarırıq ki, nəticədə Şahbazımız Parisə gedə bilmir ki, bilmir… Bilirəm, soruşacaqsınız ki, birdən-birə bu Avropa söhbəti haradan yadımıza düşdü? Məsələ bundadır ki, həftə elə tarixə təsadüf olundu ki, çətin ki, başı daim “başqa vacib işlər”ə qarışan azərbaycanlılarımız onun fərqində olsunlar — 17 il əvvəl yanvarın 25-də Azərbaycan Avropa Şurasının (AŞ) tam hüquqlu üzvü olmuşdu. Biz azərbaycanlılar ironiya etməyi, lağa qoymağı sevirik.

Tam mətn
Muəllif: Aytən Məmmədova

“Dözümsüz” ürəklər

“Azadlıq” qəzetinin redaksiyasına çox şikayətçilər gəlirdi. O şikayətçilər arasında hər cür adam görürdük. Onlardan bəziləri ilə söhbətlər sonradan redaksiyada lətifəyə çevrilirdi. Günlərin birində redaksiyanın telefonuna zəng gəldi. Dəstəyin o başındakı adam əlində Ziya Məmmədov haqqında yaxşı bir fakt olduğunu, bizə vermək istədiyini deyirdi, amma bu haqda telefonda danışmağı uyğun bilmirdi. Zaman o zaman idi ki, Ziya Məmmədovun oğlu məşhur “ayı kababı” qalmaqalına görə “Azadlıq”ı məhkəməyə vermişdi.

Tam mətn
Muəllif: Administrator

Nur içində yat, Nicat!

Ağlama. Kişi ağlamaz! Bu, görəsən, ilk dəfə kimin ağlına gəlib? Qadınlar elə ona görə kişilərdən çox yaşayırlar ki, emosiyalarını gizlətmirlər. Amma sən ki kişisən, Allah göstərməsin ki, hisslərini birüzə verəsən! Qapan, baxaq görək, ürəyin nə qədər dözər… Dağ adamlarını demirəm. Ağlamasalar da, onların yeməyi, suyu, havası başqadır. Bəziləri həyatlarında bizim anlamda bir saniyə belə işləməyib, stress və viaqranın nə olduğunu anlamırlar… Ağlamağınız gəlirsə, ağlayın. Gülməyiniz gəlirsə, gülün. Qışqırmaq istəyirsinizsə, qışqırın. Küçədə rəqs etmək istəyirsiz, rəqs edin.

Tam mətn
Muəllif: Seymur Kazımov

2018-ci ildə Qarabağ münaqişəsi niyə həll olunmayacaq?

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qarabağ münaqişəsinin həlli ilə əlaqədar sonuncu görüşü əvvəlkilərdən fərqlənmədi. Oturdular, söhbət etdilər. Nə danışdılar, konkret nəyi müzakirə etdilər, kim nə dedi, o birisi hansı cavabı qaytardı… yenə də bu barədə nəyisə bilmədik. Doğrusu, cəmiyyətdə də bu məsələ müzakirə olunmadı. Çoxdandır müzakirə olunmur. 23 ildir ki, münaqişənin həlli “ölü nöqtə”dən tərpənmir. Belə görünür ki, 2018-ci ildə də eyni aqibətlə üzləşəcəyik. Çünki, 2018-ci ildə Ermənistanda prezident seçkisidir.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Cılız və ciddi mövzular

Mövzusuzluqdur. Əslinə baxsaq, mövzu boldur. Bizim kimi ölkələrdə əgər kimsə danışmağa, yazmağa mövzu tapmırsa, deməli həqiqətləri görə bilmir. Amma nə qədər danışasan, nə qədər yazasan? Danışırsan, yazırsan, 2-3 adam başını bulayıb üzünü çevirib gedir. Deyirsən, a kişi, paylaş, fikir bildir. Deyir “mən siyasətə qarışmıram”. Bax belə. Amma sosial şəbəkələrdə cılız mövzular barədə hamı canı dildən yazır, pozur. Ay aman, Şəhriyar del Gelani adlı şair kolbasa satanı işdən qovdurub. Əslində hadisə baş verməyibmiş.

Tam mətn