DİKTATORLARIN İZLƏRİ HARA APARIR?..
Bayram günlərinin ən maraqlı hadisələrindən biri heç sözsüz ki, Fransada eks-prezident N.Sarkozinin saxlanılması oldu — ona devrilmiş və öldürülmüş Liviya prezidenti M.Qəzzafidən vaxtilə öz seçki kampaniyasına dəstək kimi maliyyə yardımı almaq ittihamı irəli sürülüb. Əslində bu, yeni ittiham deyil. Onu birinci dəfə Liviyada vəziyyət qarışarkən Qəzzafinin özü və oğulları dilə gətirmişdi. Sonradan Liviya diktatoru devrildi və qətlə yetirildi. Bir az sonra isə xəbər tutduq ki, bəs Fransada müvafiq orqanlar da artıq bununla maraqlanmağa başlayıblar.