Muəllif: Kamran Mahmudov

Mətbuat və azadlıq

Beynəlxalq Mətbuat Azadlığı günü. Sözə fikir verin ha. Beynəlxalq Mətbuat Azadlığı günü. Necə gözəl səslənir. Necə gurultulu səslənir. Adamın ürəyinə lap yağ kimi yayılır. Mətbuat- bizim sevimli işimiz. Cəmiyyətin aynası. Azadlıq — hamının olmaq istədiyi tövr və mətbuatın olmalı olduğu durumlardan biri. Yəni zatən mətbuat varsa azad olmalıdır. Azad deyilsə demək ki yoxdur. BMT də iş tapmayıb. Götürüb belə bir gün təsis edib. Yəni mətbuata azadlıq günü keçirir. Dedim axı, mətbuat varsa, azad olmalıdır.

Tam mətn
Muəllif: Seymur Kazımov

Mətbuat azadlığı günündə Azərbaycan mətbuatının günü

3 May Ümumdünya Mətbuat Azadlığı günüdür. 13 ildir ki, Azərbaycan jurnalistləri bu bayramı fərqli atmosferdə qeyd edir. Bir qrup hər il toplaşaraq mərhum jurnalist Elmar Hüseynovun məzarını ziyarət edir, sonra medianın problemlərindən danışaraq təkliflər hazırlayır və hökumətə təqdim edir ki, medianı “ağ günə” çıxarsın. İkinci qrup bu günü şad, təmtəraqlı şəkildə qeyd edir, birinci qrupun etirazlarını qəbul etmir və iddia edir ki, mediamız elə “ağ günün” içərisindədir. Hər il Elmar Hüseynovun məzarını ziyarət edənlərin sayı da azalır.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Cılız mövzular

Yenə də qırğındır. Millət bir-birini qırır. Hamı üsyan edir, narazılıq bildirir. Tənqid edir, söyür, təhqir edir, şüar səsləndirir. Ermənistanı demirəm ha. Söhbət Azərbaycandan gedir. Özü də real meydanda deyil, virtual meydanda. Yəni sosial şəbəkələrdə. Hansısa bir metropoliten məmurunun elə həmin idarədə vəzifəyə təyin etdiyi və ya etdirdiyi məmur olan qızının yazdığı bir kəlmə aləmi qatıb bir-birinə. Məmur xanım millət arasında ayrıseçkilik salıb, kəndli-şəhərli söhbəti edib. Neçə gündür bu mövzu gündəmimizi zəbt edib. Müzakirələrə baxıram dəhşətə gəlirəm.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

MƏGƏR BİZ ALPİNİSTİK?..

MƏGƏR BİZ ALPİNİSTİK?.. Hətta medianın inkişafı baxımından götürəndə üçüncü on illikdir ki, müstəqil Azərbaycanın heç də bütün dövrləri eynigüclü olmayıb — burada da enişlər-yoxuşlar, irəliləmələr və geriləmələr olub. Hətta 1993-cü ildən bu tərəfi götürsək belə, yenə də biristiqamətli tendensiyadan danışmaq olmur, baxmayaraq ki, bu, eyni bir partiyanın hakimiyyəti illəridir. Fəqət, məcbur olursan ki, hətta bu dövrü də iki hissəyə ayırasan. Birinci dövr 1993-2003-cü illəri əhatə edir.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Vicdanla söhbət

2015-ci ildən rəsmən işsizəm. Müstəqil jurnalist kimi fəaliyyət göstərirəm. Yavaş-yavaş yaşlandığımı və ölkədəki medianın durumunu nəzərə alaraq özümə sabit gəlirli bir iş axtarmaq qərarına gəldim. Hətta bu barədə elanı sosial şəbəkələrdəki hesablarımda da yerləşdirmişdim. Görənlər bilir. Bunu həm də damar yoxlaması adlandırmaq olardı. Ki, görək dostlardan, tanışlardan eləcə də həmkarlardan kim dillənəcək. Gözlədiyim oldu. Heç kim dillənmədi. Səbəbləri aydındır. Üzlərinə vurmaq istəmirəm. Zatən bu günə qədər düşdüyümüz bu vəziyyətin səbəbi onların belə hallarda yaşadıqları sindromlar deyilmi?

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

SEHRLİ “KİMYƏVİ SİLAH” İTTİHAMI — FİNİTA LA COMMEDİA…

Bu günlərdə mənə elə gəldi ki, şəxsən mənim də az qala, otuz il axtardığım böyük həyat həqiqətini, bəlkə də ictimai kredonu xanəndə Teymur əmi bir verilişdə iki-üç cümlə ilə ifadə etdi. Dedi ki:“Həyatda üç şeyə qarışmıram. Birincisi, Allahın işlərinə qarışmıram. İkincisi, qadınların işlərinə qarışmıram. Üçüncüsü, siyasətə qarışmıram”… Təbii ki, mən bunları dilxoşluğu, ağır ruhlu yazıya yüngül giriş vermək üçün deyirəm. Amma digər tərəfdən də niyə də yox? Məgər Teymur əmi düz demirmi?

Tam mətn
Muəllif: Mehparə Rəhimqızı

Saraylı əsgər

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub! “Biz yazın gəlişini səbirsizliklə gözləyirik, havalar isə hələ də soyuq keçir. Fevral ayı gethagetdə özünü göstərir deyəsən… Bircə havalar qızsaydı, sümüklərimiz isinərdi..”-düşüncələri və onları gözləyən gərgin döyüşlərin, ermənilərin azğınlıqlarına qarşı duyduğu qəzəbin təsiri ilə fikrə dalmış Xanmirzə atlı yoldaşlarından geri qalmamağa çalışırdı. At sürməyi, atlara qayğı göstərməyi çox sevirdi, ona görə də orduya yazılanda heç tərəddüd etmədən süvari alayına qəbul olmaq üçün can atmışdı.

Tam mətn