Muəllif: Aytən Məmmədova

Bumeranq

Nisbətən orta nəsildə Serjio Korbuççinin “Robinzon Kruzo” komediyasını xatırlamayan yoxdur. Orada bir kadr var: Robinzon bumeranqı mümkün qədər uzağa tullayır, amma azacıq keçən kimi vıyıltı səsi eşidir və başından zərbə alır. Bir neçə dəfə belə eləyir, amma bumeranq zərbəsindən canını qurtara bilmir. Hətta qaçıb gizlənmək də kara gəlmir… Son vaxtlar hökumət təmsilçiləri söyüşdən, təhqirdən gileylənəndə həmin kadrı xatırlayıram.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Heç bizə lazım da deyil

Adətən 20 yanvar, Şamaxinka adlanan ərazilərdən keçəndə xalq yaradıcılığımızın incilərindən olan, bayağı və xeyli maraqlı mahnılar eşidirəm. Bir dəfə də bir mahnı eşitmişdim ki, sözləri hələ də yadımdadır. Mahnını oxuyan oğlan nəğmənin ortalarında nə deyirdi onu başa düşməsəm də tez-tez təkrarladığı “Heç mənə lazım da deyil” sözləri yaddaşıma həkk olmuşdu. Bu yaxınlarda Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Səməd Seyidovun həmin təşkilatın sessiyasında odlu-alovlu çıxışı bu mahnını mənə yenidən xatırlatdı.

Tam mətn
Muəllif: Seymur Kazımov

Gürcüstan 2691- Azərbaycan 14

2017-2018-ci tədris ilində Gürcüstanda 2691 Azərbaycan vətəndaşı ali təhsil alır. Onlardan 501-i dövlət, 2190-ı isə özəl ali məktəblərdə oxuyur. Azərbaycanda təhsil alan Gürcüstan vətəndaşlarının sayı isə 14 nəfərdir. APA-nın Gürcüstan Milli Statistika İdarəsinin hesabatına istinadən verdiyi məlumatda belə deyilir. 14 nəfər Gürcüstan vətəndaşı Azərbaycandakı özəl ali məktəblərin tələbələridir və Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında iştirak edərək tələbə adını qazanıblar.

Tam mətn
Muəllif: Zülfüqar Rüfətoğlu

Ağ ilan, qara ilan…

Azərbaycanlıların minlərlə ata sözləri var. Bəzilərinin qiyməti elə hikmətli söz olmasındadır, bəzilərindən fayda da götürmək olar (istəsək), amma elə ata sözləri də var ki, faydası bir yana, milləti fəlakətə sürükləyə bilər. Bu ata sözlərini elə bil hansısa düşmən qüvvə bioloji silah kimi dilimizə tullayıb. Söhbət “ilanın ağına da lənət, qarasına da…” atalar sözündən gedir. Baxaq görək praktikada, real həyatda bu atalar sözü nədir?

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

İKİ-ÜÇ DƏQİQƏLİK SÖHBƏT VƏ YA R.TALIŞİNSKİ HAQDA BİR-İKİ KƏLMƏ…

Əlbəttə ki, hamı kimi mən də onu çox yaxşı taınıyırdım. Heç ola bilərdimi ki, az qala, otuz il siyasi jurnalistika ilə məşğul olasan, hətta bir ara siyasətçilik eşqinə də düşəsən, ən başlıcası isə, Azərbaycanda yaşayasan, amma ölkənin ən ciddi və maraqlı qəzetlərindən birinin redaktorunu –Rauf Talışinskini tanımayasan. Şübhəsiz, bu mümkün deyildi. Amma nə qədər qəribə olsa da, mənim onunla cəmi bircə dəfə söhbətim olmuşdu.

Tam mətn
Muəllif: Zülfüqar Rüfətoğlu

Rus müharibəni təkbaşınamı udub?

İnsanlar da dövlətlər kimidir. Hər ikisinin bayramları, əziz günləri olur. Biz görmüşük insanın ən böyük şəxsi bayramı doğulduğu gün, evliliyinin ildönümü günü, övladının doğulduğu gün, uzaqbaşı, hökumətdən ev aldığı gün ola bilər. Amma kiminsə qonşunu döyüb-əzişdirdiyi günü (lap o qonşu sənin evinə basqın edibsə də) özünün şəxsi bayramı sayması aşkar anomaliyadır. İnsanlar da dövlətlər kimidir…və 9 may ərəfəsində Rusiyanın bütün dövlət telekanalları gecə və gündüz 9 mayı ölkənin ən böyük bayramı kimi təqdim edirlər.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

BƏDAHƏTƏN ŞEİR DEYƏN XALQIN QONŞULUĞUNDA NƏLƏR BAŞ VERİR?..

Bir az gülünclük kimi görünə bilsə də, vəziyyət hər halda belədir: ermənilər mitinq edir, daxili demokratiyalarını genişləndirməyə, özləri üçün ürəkləri istəyən hökuməti qurmağa çalışır, biz isə bu proseslərin regional geosiyasi arxitektura, ələlxüsus da, Dağlıq Qarabağ problemi baxımından mümkün nəticələrini araşdırmağa çalışırıq. Amma düz edirik və düz yoldayıq, ən azı ona görə ki, heç nə etməməkdən və bütün günü çalıb- çağırıb, oynamaqdansa, necə xörək bişirmək və necə xəstəliklərdən qorunmaq haqda məsləhətləri dinləməkdənsə bunun özü də böyük işdir.

Tam mətn