Muəllif: Kamran Mahmudov

Cumhuriyyət məhbusları

Artıq Cümhuriyyət məhbuslarımız da var. Əslində yazını belə başlamaq istəməzdim. Yazını “Azərbaycan, Cümhuriyyətin 100 ilini qeyd edir” cümləsi ilə başlamaq istəyərdim. Təbrik yazısı yazmaq istəyərdim. Bayramlaşmaq istəyərdim. Amma sən saydığını say, gör hökumət nə sayır…. Bayramdan əvvəl ictimaiyyətin fəal kəsimində bir canlanma müşahidə olunurdu. Hər il olduğundan daha çox bayram əhval-ruhiyyəsi vardı. Güman etmək olar ki, bu daha çox məhz 100 illiklə bağlı idi.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

ƏRDOĞAN HAKİMİYYƏTDƏ QALACAQMI?..

Əlbəttə ki, ölkədəki siyasi vəziyyət növbədənkənar seçkilər üçün əlverirşli olmasaydı və Ərdoğan da özünün və partiyasının şanslarını yüksək dəyərləndirməsəydi, seçkilərə getməzdi, çünki növbədənkənar seçki təklifi başqa bir siyasi cinahdan deyil, məhz onun öz müttəfiqindən gəldi ki, bunu da hamı irəlicədən razılaşdırılmış bir qərar kimi qəbul etdi.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

QAFQAZDA DAHA BİR İNQİLAB MÜMKÜNMÜ?..

Bizim konspirologiya həvəskarları üçün adətən fantaziya sarıdan problem olmur. Hansısa ölkədə bir hadisə baş verən kimi bunun arxasında gizli sövdələşmə və ya planlar görür və dərhal da bu zəmində ssenarilərini qururlar. Ermənistandakı son proseslərin ardınca bu yaxınlarda Gürcüstanda da həyəcanlanmaların başlanması bu adamların təxəyyülünü bir az da qanadlandırdı. “Hamısı bir mərkəzdən idarə olunur”,- deyib məsələyə möhürlərini vurdular. Biz konspiroloq deyilik, o səbəbdən bu dəfə də tələsmədik.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Millət vəkilindən şəhid atasına qədər

Yenə gündəm doludur. Təəssüf ki, xoş xəbərlərlə deyil. Ürək ağrıdan mövzularla. İçlərində qıcıqlandıran mövzular da var. Başlayaq sonuncudan.

Tam mətn
Muəllif: Administrator

Poladov necə bərkidi

Bu gün 70 yaşı tamam olur. Sözümü tutdum, sevimli insan… “Sonuncu dəfə sizinlə müsahibəm 64 yaşınızda olub, sonra bir portret də yazmışam, amma məni qane eləmir, elə bilirəm hələ haqqınızda yazacaqlarım qalır, gəlin bir köklü, sanballı yazı haqqında düşünək sizinlə”, — dedim. Ötən ilin yayı idi, xəstəliyi aşkar olunmamışdı, sapsağlam adam təsiri bağışlayırdı. Xəfifcə gülümsəyib – “70 yaşımda yazarsan” — dedi, “sağ olsam da, olmasam da o yazını indidən sənə halal edirəm”.

Tam mətn
Muəllif: Seymur Kazımov

Əsgər ataları və onlar…

Əsgər ataları niyə kasıb olur, niyə üzləri qəmli, gözləri nəmli, belləri bükük, əyinləri nimdaş olur? Onların varı-yoxu, şanı-şöhrəti böyütdüyü və vətənini qorumaq üçün yetişdirdiyi övladları bir gün düşmən gülləsinə tuş gəlir və bu fani dünyadan birdəfəlik köç edir. Oysa, ataların övladları ilə bağlı nə arzuları vardı… bitməz, tükənməz. O atanın varı-dövləti torpaq altında yatır, bir daha geri qayıtmayacaq oğlu ilə bağlı bütün arzularını da onunla gömür.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

NÖVBƏTİ DAYANACAQ VƏ YA İÇİNİ YEYƏN ADAMLAR…

Onsuz da yazmadığımız və yaxud da ki, hər hansı səbəbdən yaza bilmədiyimiz hər yazı acı qəhərə dönərək boğazımızda tıxanıb qalır: nə uda bilirik, nə də ki, geri qaytara… Getdikcə seyrəkləşən və seyrəkləşdikcə də daha tələbkar, həm də daha incik olan oxucu kütləmiz isə “Niyə yazmırsınız?” sözlərini ilk fürsətdə sillə kimi üzümüzə çırpmaqdan sanki həzz alır. Həqiqətən də çox maraqlıdır. Niyə yazmırıq? Səbəbi birdirmi, ya ikidirmi? Çöl-bayırda bu sualdan qaçmağın ən asan yolu “Əşi, həvəsim yoxdur.

Tam mətn