Muəllif: Pərviz Cəbrayıl

Feysdəki 5000 dostuma…

Olur ki, bir Tvitter əhli hansısa məcburiyyət üzündən feysə gəlməli olur. Deyərsən, xalis alman turistdi. Hərçənd özü də Tvitterə Feysdən miqrasiya eləyib sığınacaq almış adamdı. Feysbuk, belə desək, Şərqi Avropadı, sovetdən qalmadı, Tvitter isə Avropanın özəyi və ya ABŞ-ın özüdü.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

ULU MİLLƏTİMİZ NİYƏ DÜNYANIN ƏN VARLISIDIR?..

Yəni o mənada yoxdur ki, millətimiz bütün bunları hasil edir, yetişdirir, toplayır və axırda da qəpiyinə belə toxunmadan iri və xırda məmurlarımıza təhvil verir ki, bəs aparın Avropa banklarındakı hesablarınıza yerləşdirin. Sonra da yollanırlar xəstəxanaya zəhərlənmiş ciyərlərini, nə bilim, daha nələrini və haralarını müalicə etmək üçün.

Tam mətn
Muəllif: Admin_ayna

Türkiyədə seçki bitdi

 Seçki öncəsi ab-hava necəydisə, indi də eynidi, dəyişməyib. Bir sözlə, proses davam edir. Kılıçdaroğlunu sevməyənlərin sayı artır Ankarada kafe-restoranlarda, küçələrdə seçki barədə söz-söhbətlər səngimir. Təbii ki, əsas konu Muharrem İnce adı ətrafındadı. İnce niyə uduzdu? Seçki günü nədən media önünə çıxmadı? Nə üçün etiraz etmədi? Susqunluğu nədən idi? Bu suallar Ankara sokaklarında dolaşır. Seçki gününün axşamı CHP-də vəziyyət ürəkaçan deyildi. Səsvermə bitən kimi, səslər hesablayan andan adamlar qərargaha axışmaya başladı. Öncə hər şey çox sakit gedirdi.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Həyatıma girən müəmmalı qadın

Bir gecə yarısı, saat 3-4 radələrində həyatıma qəribə bir qadın girdi. Qəribə olduğunu sonradan biləcəkdim. Şeirlərimin heyranıymış. Məni şair kimi tanıyırmış. Nə adını bildim, nə sanını. Sonacan da bilmədim. Şəkli də yoxuydu. Yavaş-yavaş dostlaşdıq. Şəmslə Mövlanə kimi. Bir gün bir şeir göndərdim. Oxuyub yazdı: — Sənindi? Çaşdım. Bu nə sual idi? Sonra rəqəmsal dillə qəşş elədi mənim çaşmağıma. “Yox, sənindi”, — dedim, pərtliyimi ört-basdır etməyə çalışdım. Yavaş-yavaş anladım ki, sualı zarafat deyil, çox ciddiymiş.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Allahın biri vardı, biri yox…

Sovetdənqalma adamların çoxunun yadında olar: orta məktəbdə bizə allahın olmadığını, yoxluğunu öyrədirdilər. Başa sala bilməsələr də, öyrədirdilər. Sanki əvvəl varmış, sonradan, məsələn, Sovet hakimiyyəti qurulandan sonra yox olub. Əvvəldən olmasaydı, heç o haqda danışmazdılar. Belə çıxırdı. Evdə isə, məsələn, analarımız bizi ayrı cür tərbiyə eləyirdi.

Tam mətn
Muəllif: Admin_ayna

Türkiyədə seçkidir

https://www.youtube.com/watch?time_continue=4&v=U9AVScRi2k424 iyun Türkiyədə prezident və parlament seçkiləridi. Paytaxt Ankarada ab-hava yüksəkdi. Yol boyu seçkilərə qatılan partiyalar kirayələdiyi mikroavtobuslarda səsgücləndiriciylə mitinqə çağırışlar edirlər. Namizədlərin plakatları, seçki musiqiləri küçə-küçə, məhəllə-məhəllə hər yeri bəzəyib. AKP-nin plakatları, təbliğatı daha güclüdür. İqtidarda olan AK partiyanın plakatları Ankarada daha çox gözə dəyir. Ən gözəgəlimli yerlərdə, binaların künclərində böyük ölçülərdə Rəcəb Tayyib Ərdoğanın şəkilləri vurulub. Bir neçə yüz metrdən bir avtobuslarda, avtomobillərdə AK partinin şüarları, bayraqları və namizədlərin fotoları vurulub.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Şortikli qızdan zorlanmışa və zorlayan ataya qədər…

Ölkədə deyildim. Səfərdə olarkən adətən beynimin dincəlməsi üçün ölkədəki proseslərlə maraqlanmamağa çalışıram. Bir həftəlik səfərdən sonra, təyyarədən enib aeroportdan evə tərəf istiqamət alanda interneti açarkən Facebookda ilk qarşılaşdığım məsələ metroda şortikli qıza olan tənələr və bir yaşlı xalanın həmin şortikli qıza hücumu ilə bağlı çəkilmiş video oldu. Həə. Artıq Azərbaycanda olduğumun fərqinə vardım. Həmin başabəla şortik. İllərdir biz bu bəladan qurtula bilmirik. Gah şortik geyinən oğlanlar topa tutulur, gah qızlar. İndi deyəsən bir leveli adlamışıq.

Tam mətn