Muəllif:

Türkiyədə seçki bitdi

Seçki öncəsi ab-hava necəydisə, indi də eynidi, dəyişməyib. Bir sözlə, proses davam edir.

Kılıçdaroğlunu sevməyənlərin sayı artır

Ankarada kafe-restoranlarda, küçələrdə seçki barədə söz-söhbətlər səngimir. Təbii ki, əsas konu Muharrem İnce adı ətrafındadı. İnce niyə uduzdu? Seçki günü nədən media önünə çıxmadı? Nə üçün etiraz etmədi? Susqunluğu nədən idi? Bu suallar Ankara sokaklarında dolaşır.

Seçki gününün axşamı CHP-də vəziyyət ürəkaçan deyildi. Səsvermə bitən kimi, səslər hesablayan andan adamlar qərargaha axışmaya başladı. Öncə hər şey çox sakit gedirdi. Hava qaraldıqca, telekanallarda Ərdoğanın qalib gəlmə işartıları səsləndikcə həyəcan artmaya başladı. Sonra İncenin açıqlaması olacağı deyildi, amma olmadı. Bundan sonra adamların sinirləri gərildi, onlar partiyadakı görəvlilərin aşağı enib camaata açıqlama verilməsini istədi. Bu olmadıqca istefa şüarları, Kılıçdaroğlunun başqanlıqdan getməsi istənildi. Elə indi də Türkiyədə CHP tərəfdarları Kamal Kılıçdaroğlunun başqanlıqdan getməsini, İncenin bu posta gəlməsini istəyənlərin sayı durmadan artır. Bu istəkdə bulunanlar deyir ki, seçkidə uduzmaqlarının bir səbəbi də Kılıçdaroğludu, onun və partiyada dəstəklədiyi adamların sayəsində etirazlar olmayıb. Bu iddiada bulunanlar Kılıçdaroğlunun 9-cu seçkidir ki, CHP-nin AKP-yə uduzduğunu deyirlər.

MHP barajı necə keçdi?

MHP-də bayramdı, partiya Böyük Millət Məclisinə 10 faizdən çox səs alaraq düşə bildi. AKP isə təkbəşına hökunəti qura bilmədiyi üçün, lazım olan səsi toplamadığına görə MHP-lə koalisiyaya getmək zorundadı. Bəzi ekspertlər hesab edir ki, MHP-nin çox səs toplamasında AKP-nin əli var və onlar kömək ediblər. Çoxları hesab edir ki, MHP indiki vəziyyətdə bu qədər aəs alıb Böyük Millət Məclisinə düşməsi mümkün deyil.

MHP-nin keçirdiyi mitinqlər belə CHP-lə müqayisə gəlməz dərəcədə zəif idi. İstər say baxımından, istərsə də seçkiyə daha ciddi hazırlaşmaq yönündən CHP Türkiyənin ikinci ən böyük mücalifət partiyası olan MHP-dən qat-qat üstün idi.

İYİ-nin iyi günləri qabaqdadı

Türkiyədəki seçkilərdən daha çox qazanan İYİ partiyası oldu. Böyük Millət Məclisində təmsil olunmaq üçün lazım olan səs barajını keçən Meral Akşenerin başqanı olduğu partiyanın bundan sonra daha çox parlayacağını düşünənlər az deyil. Bu fikirdə olanlar deyirlər ki, istər maddi, istərsə də tribuna baxımından İYİ partiyası xeyli önə çıxacaq. Bu cür düşünənlər İYİ-nin tez bir zamanda MHP-dən daha çox önə keçəcəyini, ana müxalifət adı üçün CHP ilə mübarizə aparacağını deyirlər.

***
Türkiyədə seçki sonrası proseslər də çox maraqlı və diqqət çəkəndi. Öləziyən deyil, proses davam edir. Yəni heç də hər şey asanlıqla əldə olunmur, nəyisə qazanmaq və uduşlu çıxmaq üçün daha çox çalışmalı və işləməlisən…

MeMaR

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 124