Muəllif: Pərviz Cəbrayıl

Mikayıl Müşfiqin sümükləri…

Bir status oxudum. Yazarlarımızdan birinindi. Etik olmaz deyə, adını çəkmirəm. Yazıb, Prezident Mikayıl Müşfiqlə bağlı bütün məsələləri şəxsi nəzarətinə götürüb. Sağ olsun. Amma kaş cənab Prezident Azərbaycan ədəbiyyatının bu gününün ən istedadlı gənclərindən birini — məni də şəxsi nəzarətinə götürərdi. Vəziyyətim doğrudan da, çox ağırdır. Hər günü son gün kimi yola verirəm. Artıq bıçaq sümüyə çoxdan dirənib, sadəcə, həyassızlığıma salıb hələ də yaşayıram. Əslində, çoxdan intihar etməli idim. Bir xeyli var, gündəlik xəbərlərlə qətiyyən maraqlanmıram.

Tam mətn
Muəllif: Ramilə Qurbanlı

Hər gecə hücrəsinə çəkilib ağlayan analar

Çox uşaq idim, evdə bizə qədim bir rəvayət danışmışdılar. Anamın, yoxsa atamın danışdığını  xatırlamıram, çünki nənəmlə babamdan sonra estafeti hər ikisi almışdı. Bizə ədəbiyyatdan, tarixdən çox bəhs edər, bir də ibrətamiz rəvayətlər danışardılar. İndi də elədi, “qızım sənə deyirəm, gəlinim, sən eşit” “rədifli” hekayələri davam edir.  Sadəcə, o vaxtlar bilməzdik ki, bunlar hamısı bizim özülümüzü təşkil edən “materialdı”.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

AMERİKA: DƏYƏRLƏRDƏN KAPRİZLƏRƏDƏK…

Media “qayda”ları ilə bir azacıq ziddiyyət təşkil etsə də və bizim millidən milli jurnalistikamızı gözdən sala bilsə də, sizə jurnalistika mətbəximizin çox kiçicik sirrini açacam: artıq yazılı mediada da prezidentlər V.Putini və R.T.Ərdoğanı tənqid etmək mümkün deyil, çünki bu iki şəxs Azərbaycanın çox böyük dostları sayılırlar. Özəlliklə də qardaş Türkiyənin prezidentilə bağlı çox ciddi tabu mövcuddur: bəzi saytlarımızda hələki prezident V.Putini azacıq “məzəmmət” etmək mümkün olsa da, R.T.Ərdoğan tamam-kamal toxunulmaz bir şəxs hesab edilir.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Qadınları soyundurmanın fəlsəfəsi…

Hicab ideoloji-dini geyim olduqca, hətta qadın bunu öz xoşuyla geyinsə belə, birmənalı olaraq azadlığın kişilər tərəfindən məhdudlaşdırlmasından və deməli, dini uniformadan başqa bir şey deyil. Təbii, mənimçün. Və bu, dartışılmaz məsələdir. Ancaq bu geyim forması ideolojilikdən kənara çıxan kimi adi dəb ünsürünə çevrilir və kimsənin onun məhdudlaşdırılmasına can atacağına, daha dəqiq ifadə etsək, yasaqlayacağına inanmıram.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

QIZDIRMALI ERMƏNİSTAN YADIMIZA NƏLƏRİ SALDI?..

S.Sarqsyan Ermənistanı addım-addım siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün sistemli dəyişikliklər aparanda ermənilər sanki hələ mürgüləyirdi. Amma artıq o vaxtlar kənar ölkələrin politoloqları seyrək şəkildə olsa da yazırdı ki, bütün bu səylərin arxasında Sarqsyanın xudbin məqsədlərinin dayanması bir tərəfə, siyasi modelin özü də Ermənistan üçün deyil, çünki parlament üsul-idarəsi daha dinamik və dəyişkən olur, yüksək seçki və əməkdaşlıq mədəniyyəti tələb edir.

Tam mətn
Muəllif: Ramilə Qurbanlı

“Yaşamağa dair”

Səhərlər qoşulub payıza Akademiyanın bağında gəzişirəm. Ayağımın altında xəzan xışıldayır, payızın mülayim rüzgarı üzümü oxşayır, oluram təbiətin bir hissəsi. Oluram deyəndə, əslində biz elə payızın bir hissəsiyik, sadəcə bunu həmişə hiss etmirik. Ümumiyyətlə hiss etməyənlər də var, hiss edənlərsə həyatın dolaylarında tez-tez unudurlar, hərdən yadımıza düşür və bax o zaman təbiətdən də, həyatdan da zövq aldığımız an olur.

Tam mətn
Muəllif: Aytən Məmmədova

1000 manatlıq qatillər

Reyhan Məmmədovanın rəngbərəng dünyasını bir məsuliyyətiz sürücü darmadağın etdi. Keçən ilin yayında 22 yaşlı qız avtomobil zərbəsindən yerindəcə keçinmişdi. Təsəvvür eləyin, sürücü Zığ şossesində onu elə piyada keçidinin üzərində vurmuşdu. Reyhanın anası yana-yana eyni sözləri təkrar edirdi: “Axı mənim qızım yolu düz keçmək istəmişdi…” Dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion olmuş Reyhan Məmmədovadan danışıram. Onun həyatına son qoyan isə 55 yaşlı Əlifağa Məmmədov idi. Məhkəmədə danışanda çox peşman olduğunu dedi.

Tam mətn