Muəllif: Hüseynbala Səlimov

HƏR DƏRDİ DANIŞMAQ OLARMI?..

Jurnalistika təkcə fəaliyyətilə yox, həm də adı ilə də daim mübahisələr doğurub. Bəziləri onu arabir “iki ən qədim peşə”dən biri saysa da, biz həmişə hesab etmişik ki, o, düşünüldüyündən də ciddi sahədir, çox iti ağıl və analitik təfəkkür, cəsarət tələb edən peşə, üstəlik bəlkə də dünyanın ən risqli sənətlərindəndir. Hətta əsgərlər də adətən müharibələr zamanı ölür, amma jurnalistlər üçün xüsusilə “risqli mövsümlər-dövrlər” olmur, onlar bütün dövrlərin əsgərləridir.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Xəbərsiz qaldığımız qanlı savaş

Artıq çoxdandı dünya mediası öz aləmində həyəcan siqnalı verən məqalələr dərc edir. Canı bu: süni zəka, robotlar bir gün öz tanrısına, yəni insana savaş açacaq, onu yer üzündən siləcək. Əslində isə bu savaş çoxdan başlayıb, insan oğlu öz məğlubiyyətinin astanasındadı. Eynən İnsan-Tanrı savaşında olduğu kimi. Əlbəttə, insanmı tanrını yaradıb, tanrımı insanı, bu, ayrı söhbətdi. Ancaq bir azsaylı, ama getdikcə artmaqda olan ateistləri çıxsaq, çoxluq bu hökmlə yaşayır: insanı allah yaradıb. Ona hər şey və üstəlik zəka verib.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Abel Məhərrəmov və kosmetik dəyişiklik

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad olundu. Artıq köhnəlmiş xəbərdir.  Amma BDU məzunu kimi istədim xatirələrimi yazım. Abel Məhərrəmov rektor təyin olunanda birinci kursda oxuyurdum. Yeni rektorun gəlişi və fəaliyyəti tələbə və müəllim heyəti tərəfindən böyük maraqla izlənilirdi. Yeni rektor öz işinə universiteti təmir etməklə başladı. Universitetin fasadı, daxili, otaqları, həyəti, auditoriyaları, qapı-pəncərələri təmir olundu, sınıq-salxaq stullar, partalar yeniləri ilə əvəz olundu.

Tam mətn
Muəllif: Ramilə Qurbanlı

Qaşığımıza çıxan qazanımıza tökdüyümüzdür

Qaşığımıza çıxan qazanımıza tökdüyümüzdür     “Yalan deyirsən, oxumamısan”, “Mənə fırıldaq gəlirsən, sən gedən yolu, mən qayıdıram”, “Sizdən oxuyan olmaz”, “Sizdən adam çıxmaz”,  “Sən dedin mən də inandım” və sair, və ilaxır bu qəbilli sözləri hər gün dəfələrlə övladlarına valideyinlər işlədir, tələbələrinə müəllimlər.Uşaq gözünü dünyaya açandan əvvəlcə ona ana yalan danışır, aldadır, harasa gedəndə uşaq məni də apar deməsin deyə “Həkimə gedirəm qayıdacam”, “Sənə konfet almağa gedirəm, indi qayıdıram”,-deyə yalan söyləyir.  Başından eləyir ki, serilaına rahat baxsın,

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

QADINI DÖYMƏK OLARMI?

Yox, əlbəttə, yox! Heç kişini də döymək olmaz. İtini, pişiyini də. Heç kimi, heç kəsi, heç nəyi. Heç kim heç kimi döyməməlidi. Kişi kişini, kişi qadını, qadın uşağı, böyük kiçiyi, kiçik böyüyü, güclü gücsüzü… Biz mənəvi kommunizmdə, utopik bir dünyada yaşamırıq, bu dediklərim arzudan, “belə deyil, ancaq belə olmalıdır” istəyindən başqa bir şey deyil. Ona görə də, “kişi qadına əl qaldırmaz” fikri mənə çatmır, gender cəfəngiyatı kimi görünür.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

YEKNƏSƏQLİYİN BOĞUCU HAVASIZLIĞI…

Xeyli vaxtdır özüm kitab almıram. Uşaqlar alır və mən də onlardan götürüb oxuyuram. Beləcə, adidən də adi günlərdən biri idi. Dediyim kimi uşaqların kitablarından birini götürüb vərəqləməyə başladım və ilk səhifələrdən bir neçə cümlə məni möhkəm tutdu: “Ətrafdakıların düşündüyü kimi o, hələ ağlını itirməmişdi və əlbəttə ki, həftənin günlərini ayırd edə bilirdi — bu həyatda ona başqa nə qalırdı ki?

Tam mətn
Muəllif: Kamran Mahmudov

Repressiya qurbanları və donosbazlar

Mikayıl Müşfiq son zamanlar çox tez-tez xatırlanır. 1938-ci ildə repressiyanın qızğın çağında 29 yaşında güllələnmiş şairin qalıqlarının tapılması barədə məlumatlar mediada yayıldıqdan sonra prezident bu işi öz nəzarətinə götürdü. Açığı bu gündən sonra şairin qəbrinin olub olmaması məni o qədər də narahat etmir. Onun abidəsi də, qəbri də ürəklərdədir. Sözüm onda yox. Müşfiq həmin illərdə repressiya qurbanı olmuş 27 min azərbaycanlıdan biridir. Bəlkə də ən gəncidir. Ömrünün ən gözəl ilində 29 yaşında cəllad gülləsi ilə öldürülüb.

Tam mətn