Muəllif: İsmayıl Umudlu

«Ekoloji məhbus» zindanda vəhşicəsinə döyülüb

Urmiya gölünün fəlakətli durumu ilə bağlı məlum etirazların gedişində həbs olunmuş və sonradan ölkəni tərk etməyə nail olan vəkil Musa Bərzin Xəlifəli «Amerikanın Səsi»nə baş verənlərlə bağlı müsahibə verib və bir sıra mətləblərə aydınlıq gətirib. Bəlli olduğu kimi, ötən ilin avqustunda azərbaycanlı deputatların Urmiya gölünün qurumasının qarşısını almaq üçün…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Qaradağın sərt qışı: 20-30 dərəcə şaxta

Şərqi Azərbaycanın Vərziqan rayon icra başçısı Cavad Rəştbəri bəyan edib ki, bu ilin avqustunda Qaradağda baş vermiş zəlzələ nəticəsində batan 6 kəndin əhalisi başqa yerə köçürülüb. Bu kəndlərin adlarını da açıqlayıb: Zəngabad, Şoxmlu, Mirzəlikənd, Çaykəndi, Əmirabad, Nəfirabad. Onların hara köçürüldüyü haqda bilgi verilmir. Yerli müşahidəçilərin fikrincə, İran rəhbərliyi təbii…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Parlamentdə «tarix» qalmaqalı

Milli Məclisin dünənki iclasında «Mədəniyyət haqqında» qanunun müzakirəsi deputatların bir-birlərini ittiham etməsi ilə müşayət olundu. İlk olaraq qanun layihəsi barədə danışan Mədəniyyət Komitəsinin sədri, deputat Nizami Cəfərov bildirirdi ki, 3-cü oxunuşa çıxarılan bu sənəd çox əhəməiyyətlidir. «Bu qanun ölkənin mədəni həyatının müəyyənləşməsində mühüm rol oynayır», — deyə Cəfərov ayrıca…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Nigar Yaqublunun həbsi: bu, siyasi sifarişmi?

Bu məsələ barəsində dünən gənc müsavatçı Nigar Yaqublunun vəkilləri və hüquqlarını Müdafiə Komitəsinin üzvləri RATİ-nin Media Mərkəzində təşkil etdikləri dəyirmi masada söz açdılar. Bəlli olduğu kimi, yol qəzasına görə məhkəmə onun barəsində həbs qərarı çıxarıb. «Turan» agentliyinin xəbərinə istinadən, Müdafiə Komitəsinin sədri Mehriban Vəzir Nigar Yaqublu barəsində həbs qərarını…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Azərbaycan və Türkiyə: XİN-lər arasında siyasi məsləhətləşmələr keçirilib

Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Türkiyənin dəstəyini davam etdirməsi «status-kvo»nun dəyişdirilməsinə birbaşa təsir edəcək. Dünən Bakıda Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrdən sonra Xələf Xələfov belə bir açıqlama verib. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məsləhətləşmədə Azərbaycan heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov,…

Tam mətn
Muəllif: Redaksiya

Rusiya ilə əmtəə dövriyyəsi 3 milyarda çata bilər

Bu ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında qarşılıqlı əmtəə dövriyyəsi 3 milyard dollara çata bilər. «Trend»in məlumatına görə, bu barədə cümə günü Rusiyanın Azərbaycan səfiri Vladimir Doroxin azərbaycanlı jurnalistlərlə keçirilən ənənəvi görüşdə bildirib. Təbii ki, əmtəə dövriyyəsinin belə bir sanballı rəqəmlə ifadə olunması bizdə məmnunluq doğurur. Deməli, Rusiya…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

İvanişvili Bakı-Kars layihəsindən geri çəkilir?

Kars-Axalkalaki-Tbilisi-Bakı dəmiryol magistralının tikintisindən imtina Gürcüstanı Avropadan uzaqlaşdıra və Rusiyadan asılı vəziyyətə sala bilər. Bunu dekabrın 21-də ölkə prezidenti Mixail Saakaşvili bildirib. Bununla da prezident sözügedən layihə ilə bağlı baş nazir Bidzina İvanişvilinin son bəyanatını şərh edib («Turan»). Baş nazir «Rezonansi» qəzetinin 21 dekabr sayındakı müsahibəsində deyib ki, Kars-Axalkalaki-Tbilisi-Bakı…

Tam mətn