Muəllif: Redaksiya

Tbilisidə Turqut Özakmanın “Duvarların ötesi» əsərinin premyerası olub

Tbilisidə Atoneli teatrında Heydər Əliyev adına Tiflis Dövlət Dram Teatrının aktyor kollektivinin iştirakı ilə türk yazıçısı Turqut Özakmanın “Divarların o üzü” (Duvarların ötesi) adlı əsərinin premyerası olub. Tamaşa ARDNŞ Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə səhnəyə çıxarılıb. Rollarda gənc aktyorlardan Aslan Məmmədov, Fazil Bayramov, Azər Əliyev, Aysel Məmmədova, Anar Rafiqoğlu və Namiq Valehoglu oynayıb.

Tamaşanın quruluşçu rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Namiq Valehoğlu APA-ya açıqlamasında əsərin məhbus həyatından bəhs etdiyini bildirib:

“Aktyorlarımız əsərin premyerasına ciddi hazırlaşaraq isedad və bacarıqlarını nümayiş etdirərək dəfələrlə tamaşaçıların rəğbətini qazanıblar. Türk yazıçısının əsərinə müraciət etməyimiz təsadüfi deyil. Biz gələcəkdə əsəri türk dilində də oynamaq fikrindəyik. Dilimizdə elə də fərq yoxdur. Çalışacağıq ki, yeni ildə Tiflisdə yaşayan türklər də bu əsərin tamaşasına baxa bilsinlər”.

Regissor bu əsərin  31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə dünyada yaşayan azərbaycanlılara bir töhfə olduğunu bildirib.

Tamaşanın premyerasında Tiflisdən, Marneuli və Qardabanidən, Bolnisidən gələn tamaşaçılar iştirak ediblər. 

Tam mətn
Muəllif: Redaksiya

Türkiyədə yaşayan azərbaycanlı rəssamların Ankarada 3-cü rəsm sərgisi açılıb

Azərbaycanın Türkiyə səfirliyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Ankarada Rəsm və Heykəl Muzeyində Türkiyədə yaşayan azərbaycanlı rəssamların 3-cü rəsm sərgisini təşkil edib. Səfirlikdən göndərilən məlumata görə, 10 gün nümayiş etdiriləcək sərginin açılış tədbirində Türkiyə Böyük Millət Məclisinin sabiq spikeri İsmət Sezqin, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Kamal Fahir Genç, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Sərginin açılışında səfir Faiq Bağırov Türkiyə mədəniyyət və turizm nazirinin müavini Kamal Fahir Gençə və başqaları çıxış ediblər.

Sərgidə Ədalət Qara, Arif Ələsgərov, Asim Rəsuloğlu, Elçin Mustafayev, Fatma Dəmir Quliyeva, İsmail Hüseynov, Lalə Avşar, Lətafət Məmmədova, Mənsur Cəfərov və başqa rəssamlarımızın əsərləri sərgidə nümayiş etdiriləcək.

Tam mətn
Muəllif: Redaksiya

Professor Əsəd Yəqubinin şəxsi arxivindən yeni materiallar əldə edilib

Əlyazmalar İnstitutu pedaqoji elmlər doktoru, professor Əsəd Yəqubinin şəxsi arxivindən bir neçə material əldə edib.İnstitutdan verilən məlumata görə, buraya milliyyətcə azərbaycanlı olan İran alimi Təqi Eraninin bir neçə əsəri, onun həyat və yaradıcılığına dair tədqiqat işləri, Ə.Yəqubinin T.Erani barədə alman tədqiqatçıları ilə…

Tam mətn
Muəllif: Redaksiya

İrina Eldarova Bakıda «Yay» qalereyasında sərgiyə hazırlaşır

Dekabrın 26-sı saat 19:00-da «Yay» qalereyasında rəssam və illüstrator İrina Eldarovanın «Qızlar neftçilərə üstünlük verir» adlı sərgisinin açılışı olacaq. Müəllif 60-cı illər kinosu və Merilin Monronun unudulmaz obrazından ilhamlandığı rəsm və instalyasiyaları seyrçilərə təqdim edəcək. YARAT Müasir İncəsənət…

Tam mətn
Muəllif: Redaksiya

“Şəmkir: arxeoloji qazıntılar və artefaktlar” kitabı təqdim olundu

Milli Elmlər Akademiyasında “Şəmkir: arxeoloji qazıntılar və artfekatlar” kitabının təqdimatı keçirilib. Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib ki, kitab Şəmkir şəhərində aparılan genişmiqyaslı arxeoloji qazıntıların yekunundan bəhs edir: “Kitabda arxeoloji qazıntılar nəticəsində əldə olunmuş tapıntılar, əmək alətləri və silahların metal məmulatının,…

Tam mətn
Muəllif: Redaksiya

Ermənilər indi də «Uzundərə»yə girişiblər?

 Dekabrın 18-də Rusiyanın ORT kanalında yayımlanan “Jit zdorovo” verilişində erməni mətbəxinə həsr edilən 20 dəqiqəlik süjetdə Azərbaycanlıların “Uzundərə” qədim xalq rəqsi erməni rəqs nümunəsi kimi təqdim edilib. Azərbaycan Müəllif  Hüquqları  Agentliyindən  -ya verilən xəbərə görə, “Uzundərə” el arasında qadın rəqsi kimi tanınır: “Özlərinin normal rəqsləri olmadığı üçün erməni…

Tam mətn
Muəllif: Zəminə Rüstəmova

Aygün Kazımova və Röyadan sonra onu seçdilər

Sevinc Musayeva “Yalvarma” klipinin anonsunu paylaşandan dərhal sonra mahnı və klipin görüntüləri, eləcə də, Sevincin yeni imicdə fotolarını Türkiyənin bir sıra musiqili sosial şəbəkə səhifələri paylaşdı və diqqət göstərdi. Eyni zamanda Türkiyənin məhşur prodüseri və konsert təşkilatçısı Ahmet Akkaya və onun qardaşı tərəfindən götürülərək, rəsmi…

Tam mətn