Muəllif:

Aygün Kazımova və Röyadan sonra onu seçdilər

Sevinc Musayeva “Yalvarma” klipinin anonsunu paylaşandan dərhal sonra mahnı və klipin görüntüləri, eləcə də, Sevincin yeni imicdə fotolarını Türkiyənin bir sıra musiqili sosial şəbəkə səhifələri paylaşdı və diqqət göstərdi. Eyni zamanda Türkiyənin məhşur prodüseri və konsert təşkilatçısı Ahmet Akkaya və onun qardaşı tərəfindən götürülərək, rəsmi səhifələrində paylaşılıb.

Sənətçimizin xəbəri belə olmadan, türk musiqi aləmində mahnı və klipi maraqla qarşılanıb. Qeyd edək ki,Ahmet Akkaya Özcan Dəniz, Bengü, Bülent Ersoy kimi sənətçilərin konsertlərini,  promo aksiyalarını təşkil edən peşəkarlardandır. Mövzu ilə bağlı açıqlama verən təşkilatçı klipin tam versiyasını gözlədiyini söylədi.

“Klipi görüntülərindən Avropa üslübüna bənzətim və bəyəndim. Bir prodüser kimi Sevinc xanımın yaradıcılığı məni maraqlandırır. Bu layihənin uğurlu promo məhsul olacağına inanıram” – deyən A.Akkaya Aygün Kazımova, Röyadan sonra  Azərbaycandan məhz şanslı Sevincə olduğunu qeyd edib.

Xatırladaq ki,  məhşur “Enerji” muzik şirkəti rəsmi səhifəsində sözügedən iki məhşurdan sonra məhz Musayevanın klipini paylaşdıqdan sonra eyni addımı adını çəkdiyimiz prodüser atıb və sənətçimizin yaradıcılıq işi haqqında söz açıb.

Ahmet Akkaya klipin Türkiyəyə rahat şəkildə çıxıb, tele kanallarda göstərilə biləcəyini deyib: “Klipin görüntüləri sənətçiyə belə bir imkan yaradır.  Sevinc xanıma bu işdə dəstək olmağa hazıram”.

Musayeva isə öz növbəsində fürsətdən bəhrələnəcəyini qeyd edib: “Çoxdandır gözlənilən layihəmi təqdim edib, Türkiyə barədə planlar qurmadığım halda, belə bir sürprizlə qarşılaşdım. Fürsəti məmnuniyyətlə dəyərləndirəcəm”. 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 276