Poladov necə bərkidi
Bu gün 70 yaşı tamam olur. Sözümü tutdum, sevimli insan… “Sonuncu dəfə sizinlə müsahibəm 64 yaşınızda olub, sonra bir portret də yazmışam, amma məni qane eləmir, elə bilirəm hələ haqqınızda yazacaqlarım qalır, gəlin bir köklü, sanballı yazı haqqında düşünək sizinlə”, — dedim. Ötən ilin yayı idi, xəstəliyi aşkar olunmamışdı, sapsağlam adam təsiri bağışlayırdı. Xəfifcə gülümsəyib – “70 yaşımda yazarsan” — dedi, “sağ olsam da, olmasam da o yazını indidən sənə halal edirəm”.