Muəllif: Redaksiya

“Əsgəroğlu-K” MMC işi: «işbazlar» pulları qaytarmırlar

“Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Valentinanın cinayət işi üzrə məhkəmə davam edir. Onlar CM 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinirlər. Bakı…

Tam mətn
Muəllif: Hacı Zeynalov

«Azər-Ross» məhkəməsi: zorlama, dələduzluq, qətl

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Ramil Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə davam edir. Ötən il iyulun 11-də paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun…

Tam mətn
Muəllif: Hacı Zeynalov

Mübahisəmiz düşdü, üzmə çapıq atdı

Qəsdən adam öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 19 yaşlı Cavid İbrahimovun məhkəməsi başlayıb. İttihama görə, ötən ilin noyabrın 26-da Cavid İbrahimov 35 yaşlı Telman Səfərovu metronun “İnşaatçılar” stansiyası yaxınlığında çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. Tərəflər arasında mübahisə hadisədən bir müddət əvvəl noyabrın 10-da başlayıb. Həmin gün məhəllədə söhbət…

Tam mətn
Muəllif: Redaksiya

Sərxoş gənclər polisi döyüblər

Bakının Yasamal rayonunda polislə bir qrup vətəndaş arasında insident olub. Hadisə martın 4-də, saat 17:30 radələrində Şərifzadə küçəsi-46 ünvanda qeydə alınıb. Fərid Səlimov (1988) və Emin Balayev (1991) sərxoş vəziyyətdə DİN Çevik Polis Alayının əməkdaşı, polis serjantı Arzu Kəlbəliyevə hücum çəkərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. A.Kəlbəliyevə tibbi…

Tam mətn
Muəllif: Hacı Zeynalov

Başqalarının bank hesablarına dadanıblarmış

Kompüter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli bilinən Elçin Abdullayev, Emin Zəkiyev, Mikayıl Dadaşov, Rövşən Qəniyev və Rəhman Musayevin cinayət işi üzrə məhkəmə başlayıb. Bu şəxslər mütəşəkkil dəstə tərkibində İnternetdən istifadə etməklə qanunla qorunan kompüter informasiyasına qanunsuz daxil olub və onların surətlərini…

Tam mətn
Muəllif: Redaksiya

Dövlət mühafizə xidməti susur, video ilə bağlı şərh vermir

Keçmiş rektor Elşad Abdullayevin Fransadan yaydığı yeni videoda adı keçən «Səftər adlı şəxsin» prezidentin mühafizə xidmətinin əməkdaşı Səftər Kələntərov olduğu aydınlaşıb. Bəlli olduğu kimi, videoda keçmiş rektorla qardaşını oğurlayanlar arasında vasitəçi rolunda çıxış edir. Videolentdə Elşad Abdullayevin oğurlanmış qardaşı Mahir Abdullayevin sağ olmasını əks etdirən videokasetin gətirilməsi müqabilində 20 min…

Tam mətn
Muəllif: Redaksiya

Oxlov aşpazın əlində soyuq silaha çevrildi

Oxlov aşpazın əlində soyuq silaha çevrildi və onunla iş yoldaşına ölüm gətirən zərbə endirdi. Bəli, Bakıda restoranda iki aşpaz arasında baş verən mübahisə oxlov ucbatından ölümlə nəticələnib. Bakı şəhər Prokurorluğundan bildirilir ki, dadisə fevralın 28-də axşam saat 21:00 radələrində Xətai rayonu ərazisində Fəzail Bayramov küçəsi 11/28 ünvanında yerləşən «İmperator İBO…

Tam mətn