Muəllif:

Dövlət mühafizə xidməti susur, video ilə bağlı şərh vermir

Keçmiş rektor Elşad Abdullayevin Fransadan yaydığı yeni videoda adı keçən «Səftər adlı şəxsin» prezidentin mühafizə xidmətinin əməkdaşı Səftər Kələntərov olduğu aydınlaşıb. Bəlli olduğu kimi, videoda keçmiş rektorla qardaşını oğurlayanlar arasında vasitəçi rolunda çıxış edir. Videolentdə Elşad Abdullayevin oğurlanmış qardaşı Mahir Abdullayevin sağ olmasını əks etdirən videokasetin gətirilməsi müqabilində 20 min dollar vəsait verdiyi məlum olur. Daha sonra Kələntərov daha 3 min dollar istəyir. Guya, kaset üçün Sankt-Peterburqa səfər etmək lazımdır. Onun dediyinə görə, Elşad Abdullayevin oğurlanmış qardaşı Çeçenistanda saxlanır.
Turan-ın xəbərinə istinadən, bu növbəti video oğurlanma işinə Azərbaycanın dövlət qurumlarının cəlb edildiyini sübut etsə də, Dövlət mühafizə xidməti hələlik video ilə bağlı şərh verməyib.

Elşad Abdullayev özü və Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsi yeni video-ifşalar yayacaqlarını vəd edirlər. Xatırladaq ki, Elşad Abdullayevin qardaşı, MTN əməkdaşı Mahir Abdullayev 2003-cü ilin oktyabrında naməlum şəraitdə oğurlanıb və indiyədək tapılmayıb. Rektor özü qardaşının oğurlanmasında DİN və MTN rəhbərliklərini ittiham edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 438