Muəllif: Redaksiya

Heyvan oğruları kənddən əliboş getmirdilər

Ağcabədi rayonunda həyətlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıb.  Son günlər vətəndaşlara məxsus mal-qaranın oğurlanması faktı ilə şöbəyə daxil olan müraciətlər əsasında polisin apardığı əməliyyat-axtarış tədbirləri üz nəfərdən ibarət qrupun yaxalanması ilə nəticələnib. Belə ki, sonuncu dəfə rayonun Hüsülü kənd sakini Həsənova Nərgiz Firidun qızı Polis Şöbəsinə ərizə ilə müraciət edərək bir baş iribuynuzlu heyvanının oğurlandığını bildirib. Görülən tədbirlər nəticəsində məlum olub ki, oğurluğu Ağdaş rayonunun Xosrov kənd sakinləri İsayev İsmayıl Vahid oğlu (1986), Mahmudov Ramin Arif oğlu (1992) və onun yaşıdı Əlizadə Şahin Hakim oğlu törədiblər. Onlar dəfələrlə Hüsülü kəndində yaşayan tanışlarının evinə gələrək orada gecələyib, tezdən gedəndə isə hansısa kənd sakininin heyvanını oğurlayıblar. Həmin şəxslər oğurladıqları heyvanı sözügedən yaşayış məntəqəsinin yaxınlığındakı mal bazarında satıb gedirmişlər. Oğurluqda şübhəli bilinənlərin üçü də polis tərəfindən saxlanılaraq istintaq təhvil verilib. Onların başqa oğurluq əməlinin olub-olmaması da araşdırılır.

Daha bir oğurluq əməlinin də üstünü açan Ağcabədi polisinin əməkdaşları təsərrüfat malları mağazalarından elektrik cihazları oğurlayan rayon sakinin saxlayıblar. Bu isə rayonun Cəfərbəyli kənd sakini Əbilov Səxavət Allahverdi oğludur. Onun Ağcabədi şəhər sakini Mirzəyev Elnur Sabir oğluna məxsus mağazadan elektrik generatoru oğurladığı bildirilib.  Əbilov istintaqa ifadəsində başqa-başqa ünvanlardan da kiçik həcmli su nasosları apardığını etiraf edib.

 

 …

Tam mətn
Muəllif: Redaksiya

Polis rəisindən ölkəni tərk etməmək barədə iltizam alınıb

BƏƏ-də saxlanılan Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanov yenidən sərbəst buraxılıb. Ondan ölkəni tərk etməmək haqqında iltizam alınıb. Bu barədə APA məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Xatırladaq ki, ötən ilin noyabrın 6-da BƏƏ-də saxlanılan Azərbaycan vətəndaşı Cavadağa Sultanov fırıldaqçılıqda və külli miqdarda vəsaiti vergidən yayındırmaqda ittiham edilir. Bir müddət sonra C.Sultanov Azərbaycanın BƏƏ-dəki səfirinin xahişi əsasında səhhəti ilə əlaqədar azadlığa buraxılıb. C.Sultanovun həyat yoldaşı dəfələrlə Azərbaycanın Əbu Dabidəki səfirliyinə müraciət edərək, onun səhhətinin pisləşdiyini deyib. Lakin yanvarın əvvəlində Dubay Ali Məhkəməsinin qərarı ilə C.Sultanov məhkəmə iclasına gəlmədiyi üçün yenidən saxlanılıb.

Polis polkovniki Cavadağa Sultanov Hacı Məmmədovun işi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq daxili işlər nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarından xaric edilib. O, Hacı Məmmədovun cinayət işində şahid qismində dindirilib. Sultanov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi də işləyib.

Tam mətn
Muəllif: Redaksiya

Sürücülərin avtomobillərini alindən alıb aparan quldurlar yaxalanıb

Sürücülərin avtomobillərini alindən alıb aparan quldurlar yaxalanıb. Y Yanvarın 10-da Sarayevo küçəsində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Kamil Abbasovun taksi kimi idarə etdiyi VAZ-2107 markalı avtomobilə minərək Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində ona bıçaqla hədə-qorxu gəlib avtomobili əlindən alıblar. Yanvarın 7-də isə Suraxanı rayonu Zığ qəsəbəsində iki nəfər naməlum…

Tam mətn
Muəllif: Redaksiya

Puhi xəstəxanadan qaçan sonuncu iki cani çətinliklə yaxalanıb

Polisin , BŞBPİ-nin cinayət-axtarış idarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də Maştağada 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından qaçan Yusif Məhərrəmov və Tural Abbasov saxlanılıblar. Onlar paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisində ələ keçiblər. Saxlanılarkən polisə müqavimət göstərən bu şəxslərdən quldurluq etməkdə istifadə olunan müxtəlif qara markalar və soyuq silah götürülüb….

Tam mətn
Muəllif: Redaksiya

Moskvada saxlanılan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı oğru maliyyəçi imiş

Azərbaycan vətəndaşının (1965-ci ildə doğulub) saxlanmasında Rusiya DİN İdarəsinin Domodedovo aeroportundakı əməkdaşları da iştirak ediblər. Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin barəsində dələduzluq ittihamı ilə axtarış elan ediblər. İstintaqın versiyasına görə, 2010-cu ildə o, Müdafiə Nazirliyində işləyərkən mühasibatlıq sənədlərini saxtalaşdırıb. Nəticədə respublikanın hərbi idarəsində təxminən 125 min ABŞ dolları…

Tam mətn
Muəllif: Hacı Zeynalov

Məqsədi qardaşını öldürüb, biznesini ələ keçirmək imiş

Sahib Musayev qaydasız döyüş üzrə idman ustası, 44 yaşlı Musa Musayevin kiçik qardaşıdır. O, hətta Bakıda qaydasız döyüş məktəbi də təşkil edib. Musa Musayev idman dünyasında kifayət qədər nüfuzlu insandır. Alim Əhmədovu öldürən Sahib Musayev qardaşı, ötən il noyabrın 25-də Moskvanın Novqorod küçəsində güllələnmiş Natiq Musayevin qisasını alıb. O,…

Tam mətn
Muəllif: Redaksiya

Orta məktəbin yaxınlığında narkotik satan ərzaq mağazası…

Orta məktəbin yaxınlığında narkotik vasitələrin satışı həyata keçirilən mağaza aşkar edilib. Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan şəxs yaxalanıb: “Şirvan şəhər sakini, 36 yaşlı Rahim Qarayevin şəxsi ərzaq mağazasında narkotik maddə satması barədə əməliyyat məlumatı əldə edilib. Dərhal polis əməkdaşları onu cinayət başındaca yaxalayıblar. Araşdırmalarla müəyyən edilib ki, Rahim Qarayev özünə məxsus mağazada ərzaq və digər məhsullarla yanaşı xeyli müddətdir marixuana da satırmış. Rahim Qarayev bildirib ki, o, tanımadığı şəxslərdən əldə etdiyi qurudulmuş marixuananı bükümlərə ayıraraq mağazasındakı piştaxtanın altında gizlədib və müştərilərə hər bükümünü 10-20 manat arasında satıb. Sonuncu dəfə isə bir büküm marixuananı satarkən tutulub”.

Tam mətn