Muəllif: İbrahim Nəbioğlu

FƏRRUXGİL VƏ YENİ ÜFÜQLƏR

Tələbəlik vaxtı otağıma çəkilib rok dinləyəndə anam içəri girib “Yenəmi bu qar-qura qulaq asırsan?” deyə etiraz edirdi. Ancaq “Queen” oxuyanda bir şey demirdilər. Çünki qrupun yaradıcısının əslən azərbaycanlı olduğunu demişdim onlara. Valideynlərimin milli hissləri özünü göstərir, başlarını bulayaraq, “yaxşı, bircə səsini aşağı elə” deyirdilər. “Led Zeppelin”, “Deep Purple”, “Rolling Stones”un səsi evi lərzəyə gətirəndə otağın qapısı açılır, mən də anamın tərs baxışlarına “Fərruxgildi” deyib, vəziyyətdən çıxırdım.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

ƏMƏLLƏRİNDƏN DANIŞIR GÖYLƏR ONUN

(VERNER FON BRAUN -3)  Görkəmli rəssam-multiplikator, kino-rejissor, aktyor və prodüsser, “The Walt Disney Company” multi-media imperiyasının qurucusu. Kino tarixində ilk səsli və musiqili çizgi filmi, yüzdən çox bədii filmin müəllifi, altı yüzə yaxın filmin prodüsseri. Filmləri 26 dəfə Oskar mükafatına layiq görülüb. XX əsr kinosunu onsuz təsəvvür etmək mümkün deyil. “Disneyland” əyləncə mərkəzinin ideya müəllifi və yaradıcısı. Uolt Disney (ing. Walter Elias Disney, 1901-1966) bir əfsanə idi.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

Tarixi dəyişdirən jurnal

(VERNER FON BRAUN -2) Məktəbli ikən hər il sentyabr ayının sonlarında evimizdə gələn il üçün qəzet və jurnallara abunə təlaşı başlayırdı. Bütün ailə fərdləri toplanır, hər kəs istəyini dilə gətirirdi. Abunəlik kağızlarını doldurarkən hamının zövq və maraqları diqqətə alınırdi. Seçim haqqıma baxmayaraq atamın məcburi gördüyü çap orqanları da vardı. Onlardan birini sevmirdim, yolda itib-batmasını arzulayır, poçt qutumuza düşməsini istəmirdim.

Tam mətn
Muəllif: Arif Əliyev

SƏNƏT ƏBƏDİDİR, ÖMÜR AMANAT[1]…

 (əvvəli Ayna.az saytının 13.12.2018 — 18.12.2018 tarixli buraxılışlarında) Vurğunun bloknot səhifəsindən düzəltdiyi “külqabı” kötüklərlə dolmuşdu. Şair siqareti siqaretə calayırdı. Rejissor hər səsə pəncərəyə yaxınlaşır, pərdənin qanadını qaldırıb küçəyə baxır, şəhadət barmağını eyni istiqamətə uzatmaqla maşının yerindən tərpənmədiyini demək istəyir və təzədən geri çəkilirdi. Küncdə oturmuş Vurğun növbəti qullabını vururdu. Hərə öz taleyini düşünürdü. Adil İskəndərovun xatırlamalı elə çox şeyi yox idi. Özünü qanandan teatra can atırdı. On yaşında Gəncədə özfəaliyyət dərnəyinə yazılmışdı.

Tam mətn
Muəllif: Arif Əliyev

Sənət əbədidir, ömür amanat[1]…

 (əvvəli Ayna.az saytının 13.12.2018 – 17.12.2018 tarixli buraxılışlarında) Səhnədə həzin musiqi səslənirdi. Pəjmürdə və son dərəcə dalğın Xuraman qayada ovulmuş zindanda edam saatını gözləyən şairə yalvarırdı. — Vaqif, ey sərvərim, ey tacidarım! Vaqif ona xəyanət etmiş qadına fəryadla cavab verirdi: — Nə var, nə deyirsən, vəfalı yarım? — Uydum bu dünyada nazü-nemətə, Özüm də bilmədən uydum şöhrətə.

Tam mətn
Muəllif: Arif Əliyev

Sənət əbədidir, ömür amanat…

 (əvvəli Ayna.az saytının 13.12.2018 — 16.120.2018 tarixli buraxılışlarında)   — Qızım, başuva dolanım, irəngin-rufun xoşuma gəlmey. — Yox, nənə[1], yaxşıyam. — Ağaran saçınan ağlayan göz gizlənməz. Bəlkə, büyün də qalasan, heç zad olmaz. Mədinə anasına bir az soyuqladığını, rejissordan icazə aldığını demişdi. Ancaq arvad fikir verirdi ki, bu, adi soyuqdəyməyə oxşamır: qız nəinki üzgün, həm də təlaşlıdır. Həyətdən şıqqıltı səsi gələn kimi diksinir, tələsik yatağına girirdi. Xəstəyə qulluq etməli, yeməyini verməli, əynini dəyişməli olmasaydı,heç çarpayıdan qalxmazdı.

Tam mətn
Muəllif: Arif Əliyev

Sənət əbədidir, ömür amanat…

(əvvəli Ayna.az saytının 13.12.2018, 14.12.2018, 15.12.2018 tarixli buraxılışlarında) Nə qədər gec olsa da, qapını təkrar taqqıldatmaqdan başqa çarə yox idi. Bir azdan dəhlizdə öskürək səsi eşidildi. Qapı sorğu-sualsız açıldı. Səməd Vurğunu qarşısında mil-mil zolaqlı pijamada görəndə Adil İskəndərovun boğazı qurudu. Pijama həbsxana paltarına oxşayırdı. — Nə olub, ayə? Bu nə haldır, düşmüsən? Dalınca qovanmı var? – şair təəccüblə soruşdu. — Sabaha qalası söhbət deyildi, — rejissor udqunub astadan cavab verdi. — Keçək mətbəxə, uşaqlar yatıb.

Tam mətn