Görədildən Mehdiabada səyahət
Hadisələrin belə qızğın çağında — seçkilər yaxınlaşır, müxalifət Tiflisdə, MSK Bakıda yığışır; jurnalistlər prezidentin verdiyi evlər uğrunda dalaşırlar, hökumətimizin göyə uçurduğu peykdən də, deyəsən, təzə xəbər var — sizi belə sönük mövzuda söhbətə çəkdiyim üçün məni qınamayın. Hövsələniz olsa, görəcəksiniz ki, axırda söz özü fırlanıb həmin peykin üstünə…