Muəllif: Rauf Mirqədirov

Obamaya qarğımaq istəyirəm

Allah şahiddir ki, kobud insan deyiləm. Hər halda peşəkar jurnalist həyatımda həmişə çalışmışam ki, heç kəsin ünvanına təhqiramiz ifadələr işlətməyim. Amma türklər demişkən, bəzən özünü saxlamaq o qədər də kolay deyil. Özü də ədəbi dilimizdə yeddi qatlı qarğış və söyüşlər olan yerdə. Unutmaq lazım deyil ki, qarğışlar və…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Avropalı müsafir və bizim avtobus

Öncə etiraf edək ki, insafən Nəqliyyat Nazirliyinin mətbuat xidməti yaxşı işləyir. Elə həftə olmaz ki, onlar informasiya vasitələri ilə bu sferaya aid hansısa bir diqqətçəkici yeniliyi yaymasınlar. Toplumu düşündürən ciddi məsələlərdən yan keçməyi lazım bilən media orqanlar üçün bu «zərərsiz», «məsuliyyət qorxusu olmayan» xəbərlər göydəndüşmə olur. Bu deyilənlər qurtdalanmadan…

Tam mətn
Muəllif: Vüqar Abbasov

Novruz olmasa, Niderlanda da yaz gəlməz

Bizlər başqa cür qeyd edərdik bu bayramı. Uşaqlıq illərində ən çox sevdiyim, gözlədiyim bayramlardan idi Novruz. Elə indi də yeri tam başqadır. Bayramdan bir ay əvvəl hazırlaşardıq Novruza, yumurta döyüşdürən, yumurta gillədən kim, xoruzunu qoltuğuna vurub döyüşdürməyə aparan kim. Öncədən hazırladığımız toppuzlara axır çərşənbədə od vurar, evlərimizin yaxınlığındakı…

Tam mətn
Muəllif: Arif Əliyev

XIX əsrə xoş gəlmisiniz!

«Rəsmi məlumat»a görə, Krım referendumunda iştirak edənlərin 95 faizi Rusiyaya birləşməyə tərəfdar olub. Təəccüblü heç nə yoxdur. Əvvəldən də bəlli idi ki, səsverməyə ancaq «tərəfdarlar» gedəcəklər. Amma referendumda seçicilərin 83 faizinin iştirak etdiyi barədə xəbər Rusiyanın «rəqəm giqantomaniyasının» növbəti nümunəsidir. Çünki əvvəlcədən o da bəlli idi ki, yarımadanın əhalisinin…

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Sosial mediamız, jurnalistikamız və əxlaqımız

Həftənin əvvəlində sosial mediada etik problemlərə həsr olunmuş dəyirmi masada iştirak edirdim. Mövzu zahirən çox cazibədardır, eləmi? Sosial media və etika: adama lap gəl-gəl deyir. Bizim qeybətsevər xalqın əksəriyyətinin könül verdiyi, çoxlarının isə yalnız öz məişətini nümayiş etdirmək üçün pəncərə açdığı sosial şəbəkələrdə etik qaydaları gözləmək çox önəmlidir. Amma…

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

«Cəsarət hələ lazım olacaq»

Türkiyə yeni dönəmə girib. İqtidar həm daxildə, həm də xaricdə tək qalıb. Dost və müttəfiqlərinin sıraları seyrəlib. AK partiya Amerika ilə ən problemli zamanını yaşayır. Gezi parkından sonra münasibətlər qopma nöqtəsinə gəlmişdi. Ankara Gezinin arxasında inadla və əlində dəlil olmadan Amerikanın durduğunu iddia edirdi. Hərçənd ki, Amerikanın buna…

Tam mətn
Muəllif: Elçin Şıxlı

Riyakarlıq

Bu günlərdə səhər adəti üzrə işə getməzdən əvvəl yoldaşımın düzəltdiyi yaxmanı yeyə-yeyə gözucu televizora da baxırdım. Kanalları vərəqləyirdim ki, «Dəli Kür», İsmayıl Şıxlı, dərslik sözlərini eşitdim. Dedim, atamın bu ay 95 yaşı tamam olur, yəqin, bu barədə danışacaqlar… Amma kaş elə yaxmamı yeyəydim… Söhbətimə davam etməzdən əvvəl, bir haşiyəyə…

Tam mətn