Muəllif: İsmayıl Umudlu

Sən nə pərəstsən?

Dörd ətrafımızda və içimizdə əməlli-başlı dava gedir. Mənə belə gəlir ki, özümüzü bilməzliyə, topların gurultusunu, savaş hayqırtılarını eşitməzliyə vurmuşuq. İtkilər də var. Bəlkə bu amansız savaşın mahiyyətindən baş çıxara bilmirik? Mən bir xeyli baş sındırandan (qarşı tərəfdən yox, elə bir qoçaqlıqla hələ ki öyünə bilmərəm, mən öz başımı nəzərdə…

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

İngilislərin «Mavi kitab»ından başlanan «erməni genosidi»

Ermənilər bu apreldə də ABŞ prezidentindən həsrətlə gözlədikləri «genosid» kəlməsini eşitmədilər. Barak Obama «böyük fəlakət» dedi, bu mövzuda gözlənilmədən danışan Türkiyənin baş naziri isə həmin fəlakətin səbəbini və baş vermə şəraitini dəqiqləşdirdi. Düzdür, Rəcəb Tayyip Ərdoğanın müraciəti qardaş ölkədə və bizdə birmənalı qarşılanmadı, hətta onu qınayanlar, milli maraqlara xəyanətdə…

Tam mətn
Muəllif: Arif Əliyev

İnternet — məscid deyil

Rəhbərin təbəəni xoşbəxt eləməsi üçün heç ona qulaq asması da yox, özünü qulaq asırmış kimi göstərməsi kifayətdir. Bu fenomenin səbəblərini kütlə psixologiyası üzrə mütəxəssislər izah ediblər, amma kütlənin içindəki düşünən, aldadıldığını başa düşən fərdləri belə izahlarla ovundurmaq olmur. Prezidentlərin xalqla ünsiyyətinin müxtəlif formaları, üsulları var. Hamısının mahiyyəti, demək olar,…

Tam mətn
Muəllif: Vüqar Abbasov

Kral ölkəsində yaşamaq

Bu ilin aprel ayı niderlandlılar üçün hər zamankından bir qədər fərqlidir. Artıq neçə illərdir qeyd etdikləri bir bayramı, 30 aprel Kraliça Gününü qeyd etməyəcəklər. Ötən il tacı anası kraliça Beatriksdən (Beatrix) təhvil alan oğlu Aleksandrın (Willem Alexander) doğum günündə, 27 apreldə qeyd ediləcək bu bayram (27 aprel həftənin…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Sonuncu kəsilən ağac

Şəklini səhər evdən çıxıb işə yollananda çəkmişdim. Axşam evə dönəndə yerini səliqə ilə silib-süpürmüşdülər. Ötüb-keçən kimsə hiss etməzdi ki, burada bu böyüklükdə ağac varmış. Bu şəhərin sakinləri, bu ölkənin vətəndaşları olaraq bu kimi kədərli mənzərələrə vərdiş etmişik. Bunun necə bir fəsad olduğunu bilir, amma görəndə susuruq. Ona görə ki,…

Tam mətn
Muəllif: Arif Əliyev

Zorən casus

«Ayna»nın daimi müəlliflərindən olan Rauf Mirqədirov qəzetin bu sayına məqalə göndərə bilməyəcək. Yeri narahatdır. Amma yanıla da bilərəm. Mirqədirov mənim tanıdığım ən məhsuldar Azərbaycan jurnalistidir, istənilən şəraitdə qələmini işə salmağa imkan tapır. Hərdən mənə elə gəlir ki, o, danışmaqdan çox yazır. Yeri gəlmişkən, heç belə casus olar? Rauf dövlət…

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Ukraynada Qarabağ ssenarisi

Ukraynanın Şərq rayonlarında bütün dünyanın siyasi mənzərəsini dəyişəcək qorxulu tamaşa oynanılır. Bütün Avropanı həyəcana gətirən bu dramatik tamaşanın rejissoru Moskva, aktyorları Rusiyanın xüsusi xidmət orqanlarıdır. Eyni mərkəzdən idarə olunan bu aktyorlar müstəqil bir ölkənin ərazisində təxribatlar törədir, yerli əhalini hakimiyyət orqanlarına qarşı silahlı üsyana qaldırır, hökumət binalarını tutur, faktik…

Tam mətn