Muəllif: İbrahim Nəbioğlu

DURBİNLƏ MƏLƏKLƏRİ SEYR ETMƏK

Lukretius (Titus Lucretius Carus, m. ö. 99-55) görkəmli Roma filosofu və şairidir. Epikurun və onun əfsanəvi məktəbinin ən böyük davamçısıdır. O, “Hər şeyin təbiəti haqqında” (lat., De reum natura) adlı nəhəng əsərində insanları mövhumata, qaragüruha və cəhalətə qarşı mübarizəyə səsləmiş, bu mübarizənin də yalnız elm və təbiəti öyrənməklə mümkün olacağını demişdir. Mövhumatın yeganə dayaq nöqtəsinin qorxu olduğunu söyləyən Lukretius, xalqı azad olmaq, hür yaşamaq üçün qorxudan qurtulmağa çağırmışdır. “Hər şeyin təbiəti haqqında” bəşəriyyətin inkişafında müstəsna rol oynamışdır.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

TÜRKÜN TÜRKDƏN BAŞQA DÜŞMƏNİ YOXDUR və ya Dərviş Məstəli Şahın Ankara sərgüzəştləri

Bilirəm ki, bu məqalədən sonra məni millətə xəyanətdə, bütün türkləri təhqirdə  ittiham edənlər tapılacaq. Amma nə edim. Susa bilmirəm. Vallah, billah istəyirəm susum, danışmayım, bacarmıram. Bu milləti sevdiyim üçün bacarmıram. Məni çoxdan bir sual narahat edir. Nə qədər axtarıram cavabını tapa bilmirəm. Başa düşə bilmirəm ki, nə üçün bizlər, yəni özünü türk adlandıranlar, qabaqcıl millətlər arasında özümüzə yer tapa bilmirik?! Bizim başqa millətlərdən nəyimiz  əskikdir?  Özü də söhbət heç də Azərbaycan türklərindən getmir.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Virus

Həkim qızdırmalı xəstəni müayinə edib kağız-kuğuzunu diqqətlə nəzərdən keçirdikdən sonra, çox vaxt qaşlarını çatıb qayğılı tonla belə bir diaqnoz qoyur:“Virusa yoluxmusuz, gərək ciddi müalicə olunasız”. Faylları açılmayan, yaxud açanda ilan-qurbağa çıxan kompüterə baxdıqdan sonra təcrübəli usta eyni nigaranlıqla başını bulayıb:”Vəziyyət ağırdır, kompüterə virus düşüb, gərək təmizləyək-deyir”. Virusla bağlı daha bir unikal situasiya da var: idarə və müəssisələrə daraşaraq onları iflic etmək.

Tam mətn
Muəllif: Elçin Şıxlı

Bakının damlarını qaldırmaq istəyirəm

“Hara baxırsan, beyni zədəli insanlar görürsən”. “Topal cin” , Alan Rene Lesaj   Ayazlı, şaxtalı payız sabahı… Pəncərənin önündə dayanıb küləyin belə erkən hardansa qovub gətirdiyi və hətta yerdə belə durmayan qupquru qar dənəcəklərinin havada uçuşmasına baxırdım. Qəribəydi, bizdə adətən qardan əvvəl yağış yağardı. İndi isə qarın elə bil hövsələsi daralmışdı – yağışa ümüdlu olmayıb qabağa düşmüşdü… Düşündüm ki, yaxşı ki, indi isti evin içindəyəm… Və bu düşüncələr məni uzaq 70-ci illərə  – Almaniyaya apardı.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

Antiqırılqanlıq

İnsanı öldürən hər şey onu daha güclü qılır Nitşe   Hinduşkaya hər gün bol-bol dən verirlər. Buna alışan quşcuğaz da elə bilir ki, mərhəmətli insanların işi-gücü onu mütəmadi yemləməkdir. 11-ci ayın 4-cü cümə axşamı – Şükran günü ərəfəsində hinduşkanın başına qəfildən bir iş gələcək… Şamı söndürən külək ocağı yandırır. Təsadüf, qeyri-müəyyənlik və xaosla da belədir – onlardan qaçmaq yerinə faydalanmaq da olar, küləyə tamarzı qığılcım, küləyi arzulayan atəş kimi.

Tam mətn
Muəllif: Elçin Şıxlı

Sədaqətə, bu itdirsə belə, heykəl qoyan millət

“Keçəl Xondulunun uşağı döyməsini bayaqdan marığa yatan Alan da görmüşdü. O, əvvəlcə zingildədi, qabaq ayaqları üstündə sürünə-sürünə arxadan onlara yanaşdı və birdən atın belinə sıçradı. Xondulunun boynundan yapışıb yəhərdən saldı. Sonra xirtdəyindən yapışdı”. “Ölən dünyam” İsmayıl Şıxlı *** Göyün üzü nəhayət təmizlənmişdi — buludlardan əsər-əlamət yoxdu. Günəşin ilıq şüaları ətrafı az da olsa, isitdiyindən günlərdən bəri yağan yağışdan sonra adamın lap qırışığı açılırdı. Həyətdəki zəfəranlar da çiçəkləmişdi. Baxmağa bir göz gərəkdi.

Tam mətn
Muəllif: Arif Əliyev

Yalama stansiyasının platformasında qatar gözləyən 350 ruha ithaf

Arif Əliyev   Yalama stansiyasının platformasında qatar gözləyən 350 ruha ithaf   «- İlyas bəy, de görək, bu necə oldu? — Gecə Yalamadan rus əsgərləri ilə dolu qatarlar gəldi. Onlar şəhəri mühasirəyə aldılar və parlament təslim oldu. Qaça bilməyən bütün nazirlər həbs olundu, parlament də ləğv edildi.

Tam mətn