Muəllif: Azər Rəşidoğlu

Lütfü Zadə Bakıda yaşasaydı

Yazmaq istəmirdim. Açığı, söz də bezdirir get-gedə. Saytların birində akademik Lütfü Zadənin xanımının vəfatı barədə oxudum. Beynimdən bir fikir keçdi – kim bilir, yad və qərib ölkədə yaşayan bir soydaşım bəlkə də təsəlliyə möhtacdır? Düşündüm ki, kaş ki Lütfü Zadə Azərbaycanda yaşayaydı. Alimin nəzəriyyələri barədə fikirləşdim və sosial şəbəkədə bir status yazdım. Statusa yazılan şərhlər və Elçin Şıxlinskinin təklifi ilə ovqatımı, ovqatımızı, acımı və acımızı köşə şəklinə salmağa çalışdım. Bir qədər emosional, sərt alındı. Redaktə etmək istəmədim.

Tam mətn
Muəllif: Elçin Şıxlı

Şmetterlinq

Şmetterlinq (Schmetterling) almanca Kəpənək deməkdir. *** Deputat milləti təhqir edir, onyaşlı qız atasından imtina edir, Türkiyədə terror səngimir, Suriyada döyüşlər davam edir, İŞİD tükənmir, Qolfstrim məcrasını dəyişir və daha nələr… Siyahı uzundur. *** İndicə Mövlud Mövludun “Çətirsiz”ini oxudum – sevdi, döyüldü, əzan oxudu və bir daha məscidə getmədi. Bakıda yağış yağanda Qazax yadına düşür. İslanmaqdan qorxmur, sadəcə yağışın altında tək qalanda darıxır… Darıx, amma iyrənmə.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

Ərdoğandan yeni il nağılları

Keçən əsrin ortalarında Hindistanı milli-azadlıq hərəkatı bürümüşdü.  Qandi hərəkatının özünəməxsus cəhətlərindən biri ingilis mallarının boykotu idi.  İngilis mallarını hətta yandırırdılar, lakin nəticədə anladılar ki, keyfiyyətli və ucuz ingilis mallarının boykotu ən  səmərəsiz mübarizə vasitəsidir. Yəni başları daşdan-daşa dəyəndən sonra ağıl illüziyaya, iqtisadiyyata nağılvari baxışa qalib gəldi. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Sovet İttifaqında bir rublun dollara  qarşı rəsmi məzənnəsi təxminən 70 qəpik idi.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

Martanın Kassandrası

“Ya müharibədə qəzet müxbiri olacaqdın, ya da yatağımda qadınım”. Ernest Heminquey bu sözlərlə bitirmişdi üçüncü evliliyini. Çünki qadını jurnalistikanı seçmişdi. 5 illik evlilikləri sürəkli ezamiyyətlər, sosial fəaliyyətlər üzündən sarsılmış və Hemi yalnızlığa sövq etmişdi. Keçən əsrin ən tanınmış savaş müxbiri, gözəllər gözəli Marta Gellhorn (1908-1998) doxsan illik ömrünün 60-nı qəzetçiliyə həsr etmişdi. Floridada, bir barda görmüşdü onu ilk dəfə Heminquey. İmzasını isə daha əvvəldən, yazdığı qısa reportajlarından tanımış, onun sadə və yalın cümlələrinə heyran qalmışdı.

Tam mətn
Muəllif: Arif Əliyev

GÜLLÜ-QULLU BAYRAM

Deyirlər, yuxuda gəzən adamı oyatmaq üçün ayağının altına yaş əski atmaq lazımdır. İki asi gəncin heykələ hörmətsizliyə görə, amma ənənəvi narkomaniya ittihamı ilə on illiyə azadlıqdan məhrum edilməsi yuxulu cəmiyyətimizin ayaqları altına atılmış əski olmalıdır. Mayın 10-da, ənənəvi Gül bayramında bu iki gənc – Qiyas İbrahimov və Bayram Məmmədov – mərhum prezident Heydər Əliyevin heykəlinin postamentinə «Qul bayramınız mübarək» sözləri yazmışdılar.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

Saxalin adası

Tokio Tokio olalı belə kitab növbəsi görməmişdi. 2009-un baharında yaponlar aylardır gözlədikləri romanlarına qovuşmaq üçün uzun növbələrə durmuşdular. Təkcə çıxdığı həftə kitab 1 milyon satılmışdı. Bənzər bum Rusiyada yaşandı. Rusların ən çox oxuduğu müəllifdir Haruki Murakami. “1Q84” romanının ilk cildini – “Min kim bilir neçə yüz səksən dörd, I Kitab, Aprel-İyun”u mən ikicə günə oxumuşdum… Murakaminin bütün əsərlərində musiqi var. Süjet xətti üçün bir fon deyil musiqi, oradakı həyacan və ehtiras, həyat və ölümdür.

Tam mətn
Muəllif: Elçin Şıxlı

Ayağın yorğana görə uzadılması

Son zamanlar atalar sözlərimizdən zəhləm getməyə başlayıb. Məsələn, “palaza bürün, elnən sürün”. Bəlkə də vaxtilə deyiləndə müsbət mənada və kimisə məzəmmət edərək düz yola qaytarmaq üçün deyilib. Amma zaman keçdikcə ictimai fikirdə transformasiyaya uğrayıb və müsbət tərəfi silinərək yalnız məzəmmət hissəsi qalıb. İndi öz-özümə deyirəm ki, axı nədən və nə üçün sürünməliyəm? Onsuz da sürünürük. Nə qədər olar? Yaxud “hamı necə, sən də elə”. Hamıdan mənə nə? “Buna da min şükür”. Şükür edə-edə dilsiz-ağızsız bir topluma çevrilmədikmi?

Tam mətn