Muəllif: Elçin Şıxlı

Çovğun

Sanki yer ayağının altından qaçdı. Qan başına vurdu. Gicgahlarının guppuldadığını hiss etdi. Qulağındakı güyültünü qovmaq istəyirmiş kimi başını zərblə bulayıb yoldaşının üzünə baxdı. Qızın üzü dümağdı – rəng-ruhu qaçmışdı. Gözləri təlaş və qorxudan az qala hədəqəsindən çıxırdı. Anası da yumağa dönüb mətbəxin bir küncünə sığınmışdı. Balaca nəvəsinin yağlı əppək olubmuş kimi göyə çəkilməsi ağlını başından almaq dərəcəsinə gətirmişdi onu… *** Bu şəhərdə qış həmişə mülayim keçərdi.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

BAŞKEÇİD, DİDQORİ SAVAŞI və ÇƏKİKGÖZLÜ QIPÇAQLAR

Tarixçı deyiləm. Ancaq tarix kitablarını sevirəm. Zaman-zaman tarixlə bağlı elmi-populyar məqalələr də oxuyuram hətta. Araşdırıram bir az da bacardığım qədər. Əlimə keçəni deyil, xüsusi olaraq seçdiklərimi oxuyuram. Didqori savaşı haqda da belə oldu… 2019-cu il idi, bir-neçə günlük Bakıya gəlmişdim. Dostlarla bir söhbətdə niyə Azərbaycanın bəzi bölgələrində, xüsusilə də atamla anamın, dədə-babalarımın yurdu olan Qazax bölgəsində çəkik gözlü insanlara çox rast gəlinir deyə fikir ayrılığı yarandı.

Tam mətn
Muəllif: Zülfüqar Rüfətoğlu

Vətən qız övladını çoxarvadlı ərəbin ayağına niyə verməməlidir?

Əslində bunu məqalə yox, bir həmkarımın Facebook postuna şərh kimi yazmağa başlamışdım, amma belə alındı…Yəni həmişə kimi məqalə alındı… Həmin həmkarım Facebook-da yazırdı: “Dövlət vətəndaşına sahib çıxmalıdır! »Birləşmiş Ərəb Əmirliklərinin şeyxlərinin biri ilə evli olmuş azərbaycanlı gimnast beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı məhkəmə qarşısına çıxarılacaq. Məhkəmə iddiası 3 övladının geri alınması və Zeynəb Cavadlının analıq hüququndan məhrum edilməsi ilə bağlı qaldırılıb. Məhkəmə fevralın 9-da Dubayda baş tutacaq.

Tam mətn
Muəllif: Elçin Şıxlı

İnsanın zəfəri

İnsanın zəfəri Yıxıldığı zaman ayağa qalxmasıdır İl 2020, ay oktyabr. Nəfəsim daraldı və büdrədim. Nə qədər çalışsam da, tarazlığımı saxlaya bilmədim və arxası üstə yerə dəydim. Qulağıma küy, burnuma və ağzıma daş-kəsək dadıyan torpağın tozu doldu. Keyləşdim. Bir anlıq çaşqınlıqdan sonra dirsəklənib yerdən qalxanda ovcumun altında nəsə dəmir bir şey hiss etdim. Soyuğu iliyimə işlədi. Ehtiyatla əlimi qaldırıb yerə baxdım.

Tam mətn
Muəllif: Elçin Şıxlı

Konserv qutularından əcəl zənginədək

“- Qara oğlan,mənim qutularımı neylədin? — İki yekəpər frislə dəyişdim. — Bu sirri bizə deməzsənmi? — Burda gizli bir şey yoxdur. Bizim özümüzün keçmək istədiyimiz tərəfdən xeyli aralı bir yerdə qutuları tikanlı məftilə bağladım. Sonra isə özüm uzaqlaşdım. Külək qutuları tərpədib səsləndirdi. Düşmən həmin yerin qayçı ilə kəsildiyini zənn edib, atəşə başladı. Ara qarışdı. Biz də arxayınca öz işimizi gördük”.

Tam mətn
Muəllif: Elçin Şıxlı

Portret və mənəvi dekadans

Düşmən günü bu gün də Tovuzu atəşə tutur, Rusiya hələ də Ermənistana dolayı yollarla silah-sürsat çatdırır, Kremlin müdafiə naziri Şoyqu Bakıya gəlib həmən silahların silah yox, tikinti materialı olduğuna bizi inandırmağa çalışır, Belarusda seçkisonrası narazılıqlar səngimir, Rusiyanın Xabarovskunda da əhali qaynamaqda, vətənində zəhərlənmiş Navalnı isə hələ də Almaniyada komadadır. ABŞ prezident seçkisinə başlayıb. COVİD-19 pandemiyası da yaxamızdan əl çəkmir.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

AYASOFYA

Sonuncu kursda idim, diplom işi yazırdım. Atam Moskvaya ezamiyyətdən hər zamankı kimi kitablarla qayıtmışdı. Kitablardan biri görkəmli ingilis tarixçisi ser Stiven Ransimenin (ing. Sir James Runciman, 1903-2000) Konstantinopolun süqutu ilə bağlı yenicə çıxmış bir kitab idi (“Падение Константинополя в 1453 году”, Наука, 1983). Əlimi kitaba uzadanda atam vermədi, sərt baxışı “Diplomunu müdafiə elə, sonra” deyirdi. Diplom rəhbərim prof. Vaqif Pirməmmədov (oxuduğum “Tətbiqi riyaziyyat” kafedrasının müdiri) də zatən məni tələsdirirdi.

Tam mətn