Muəllif: Elçin Şıxlı

“Metal yorğunluğu”

Dövri olaraq mütəmadi şəkildə müsbətdən mənfiyə doğru dəyişən güclü təsirlərin nəticəsində yaranan məvhuma “metal yorğunluğu” deyilir. Sonda metal çat verib sıradan cıxır. “Google”da axtarış verib “metal yorğunluğu”nun nə demək olduğunun elmi cavabını öyrənmək istədim. Əvvəl, rusca axtardım və onlarla istinad tapdım. Daha sonra isə azərbaycanca axtarış verdim. “Google” cavab verdi, amma türkcə. Nə qədər elədimsə, ana dilimdə bir istinad belə tapa bilmədim.

Tam mətn
Muəllif: Arif Əliyev

Qarabağı unutmamağın yeganə yolu — onu qaytarmaqdır!

İngiltərənin baş naziri Tereza Mey Rusiyaya qəzəblənib və onun ünvanına… Azərbaycan üçün çox ağır ifadə işlədib. Britaniya hökumətinin rəhbəri London lord-merinin verdiyi ziyafətdə deyib ki, Moskva ara qarışdırır, Qərb ölkələrini üz-üzə qoymaqla dünya düzənini pozmaq istəyir, başqa dövlətlərdə seçki proseslərinə müdaxilə edir, müdafiə sistemlərinə haker hücumlarının arxasında dayanır, təxribat məqsədi ilə yalan xəbərlər yayır, «informasiyanı silaha çevirməyə» çalışır.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

TÜRKİYƏ ELİTASININ DİKTATURASI

(Ikinci məqalə) Yenə  də qeyd etmək istəyirəm  ki, bu gün  Türkiyənin özü və müttəfiqləri üçün yaratdığı promlemlərin mənbəyi kimi yalnız Ərdoğani günahkar sayanlar məncə, haqlı deyillər. Birinci məqaləmdə qeyd etdiyim kimi, Ərdoğan hakimiyyəti Türkiyədə tarixən mövcud problemlərin, necə deyərlər, “törəmə məhsuludur”.  O başqa məsələ ki, “törəmə məhsulun”  özü bu gün Türkiyə və Türkiyənin müttəfiqləri üçün ciddi problemə və ciddi təhlükəyə çevrilib.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

YÜNGÜLCƏ DİRSƏK ATMAQ

Tualetdən başlamışdı hər şey. Amsterdam aeroportunun kişi tualeti bir vaxtlar çox natəmizmiş. Pissuarların içinə milçək şəkli çəkirlər. İnsanlar “milçəyi” hədəf almağa başlayır. Və tualetlər 80 faiz daha təmiz olur. Bu, ilk “nac” (nudge) idi… Əhəmiyyətli layihələrin ideyaları kafe və restoranlarda yaranıb. Bir-neçə il əvvəl Nyu-York kafelərindən birində 2 alim yazacaqları kitabı müzakirə edirmişlər. İqtisadçı Riçard Taler (Richard Thaler) və hüquqçu Kass Sansteyn (Cass Sunstein) bu kitabları ilə dünyada yeni bir cərəyanın əsasını qoymaq üzrə idilər.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

Türkiyə ümid yerimiz?

(1-ci məqalə) Əcəb yerdə axşamladıq. Necə, deyərlər, çətin gündə qorxusuz-hürküsüz pənah apara biləcəyimiz bir qapı belə, deyəsən, qalmayıb. Əvvəllər bütün “qibləgahımız” Türkiyə idi. Bəziləri fikirləşəcəklər ki, Ərdoğan Türkiyəsindən başıma gələnlərin əvəzini çıxıram. Elə deyil. Məsələ ondadır ki, geosiyasi prosesləri və bu proseslərdə dövlət xadimlərinin rolunu qiymətləndirərkən öz simpatiya və antipatiyalarımı nəzərə almamağa çalışıram. Axı pamflet yox, təhlili məqalələr yazmağa cəhd edirəm. Bu zaman isə hadisələrə və şəxslərə fərdi, subyektiv baxış çərçivəsində belə obyektivliyi quruyub saxlamağa çalışmaq lazımdır.

Tam mətn
Muəllif: Arif Əliyev

Üç roman: ikisi Ramiz Rövşənin, biri…

Ramiz Rövşən görmədiyim, eşitmədiyim bir şeirini oxudu. Allahın tale yazısını korlaya-korlaya özünə təzədən ömür kitabı yazan adam haqqında. Şeirin adı «İki roman» idi. Hamı qulaq asır, eyni zamanda hərə xəyalında öz alaçiy, adını qoymağa hələ ürək eləmədiyi «həyat romanı»nı vərəqləyirdi və axırda gül kimi materialı zay etdiyi üçün Tanrıdan əfv diləmək istəyirdi. Lap Ramizin «şeir adamı»tək! İlahi, çox yoxları var sanıb sənin yazdıqlarına düzəlişlər etməsəydik, əsərlərin nə qədər gözəl olardı!

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

İLANLAR VƏ DOVŞANLAR

Dovşan piton və ya boa ilanı ilə qarşılaşınca donub qalır. İlan şikarını hipnoz etdi deyirlər. Amma hipnoz-filan deyil bu. İlanın bütün orqanları – görmə, vibrasiya detektorları, temperatur reseptorları hərəkəti tanımağa, seçməyə köklənib. Dovşan hərəkətsiz qaldığı müddətcə ilan onu görmür. Amma azca qımıldayan kimi ilan onu seçir və ani bir həmlə ilə ovunu yaxalayır. Yaxalayır və udur… * * * Dəyişim hürkütücü və qorxuducudur. İlk başda belədir, getdikcə insan alışmağa başlayır, sonra qəbul edib özünü onun dalğalarına atır.

Tam mətn