Muəllif: İbrahim Nəbioğlu

YARIMÇIQ VƏ NATAMAMIN GÖZƏLLİYİ

Ninnigi Dağlar Tanrısıdır, iki qızı varmış. Günəş Tanrısı bu qızlardan birini öz nəvəsinə almaq istəyir. Ninnigi düşünür ki, əgər adı Yüksək Qaya olan böyük qızını versə, onların nəsli qaya kimi möhkəm və uzunömürlü, Çiçəkləyən adlı kiçik qızını isə versə uşaqlarının ömrü çiçək kimi gözəl, amma qısa olacaq. Və Ninnigi kiçik qızını Günəş Tanrısının nəvəsilə evləndirir. Yapon İmperatorlarının nəsli də məhz bu izdivacdan başlayır. Yaponlar hər bahar Sakura ağacının çiçəklərinin əsrarəngiz gözəlliyinin seyrinə çıxırlar.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

İKİNCİ YER KÜRƏSİ AXTARIŞINDA

Kino tarixinin rasizm haqda çəkilmiş ən parlaq filmlərindən birində — “Azad olunmuş Canqo”da kiçik bir səhnə var. Qventin Tarantino murdar yaramazlardan ibarət qrupun bir şəkli gözdən keçirdiklərini göstərir. Diqqətlə baxanda şəkildə Parfenonu görürük. Tarantino seyrçisini bu möhtəşəm antik memarlıq əsərinin qullar tərəfindən inşa edildiyinə diqqət çəkir… * * * Fərqli düşüncə tərzi olan bir dostum var, hər dəfə yeni məqaləyə başladığımı hiss edib “Bu dəfəki mövzu nədir?” deyə soruşur.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

HEÇ NƏ VƏ YENƏ DƏ HEÇ NƏ

Şüvəlandan Fatmayıya gedirik. Oktyabr ayının son bazar günüdür. Bakı kəndlərində ən gözəl vaxtdır. Günəşin hənirtisi xeyli azalıb, payızdır, bağlar boşalıb, bir azdan yağışlar basacaq hər yanı. Yolboyu mənzərə saralmış seyrək otlardan, bozarmış torpaq və Günəşi əsir alan adda-budda buludlardan ibarətdir. Maşın sürətini artırdıqca rüzgarın səsi hürkütücü olur.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Şüurlu cəhalət yolu

Bu yol təpərsiz cəmiyyəti hara qədər apara bilər? Rusların məşhur “Arqumentı i faktı” qəzetində Çin əhalisinin kökəlməyə meyillənməsi və bunun mümkün fəsadları ilə bağlı bu yaxınlarda oxuduğum məqalə məni bir az təəccübləndirdi. Düşünə bilərsiz ki, əvvəla, Çin kimi inkişaf etmiş bir ölkənin hər şeydə, o cümlədən qidalanmaqda (bizlərdən fərqli olaraq) ölçü gözləyən ağıllı, bacarıqlı və daim hərəkətdə olan insanlarını heç cür kök təsəvvür etmək olmur.

Tam mətn
Muəllif: Arif Əliyev

Canlı qəzet məzarlığı üzərindən uçarkən

Mənə zəng vurub Mətbuat Şurasının qurultayı barədə məqalə yazmağı xahiş etməsəydilər, həmin gün şəhərdə belə gurultulu bir ad altında («Azərbaycan jurnalistlərinin yeddinci qurultayı»!) hadisə baş verəcəyindən xəbərim olmayacaqdı. Qurultayın necə başlandığını bilmək mənim üçün vacib əhəmiyyət kəsb etmirdi. Burada təzə nə ola bilərdi ki? Himn oxuyacaqlar, sonra təntənəli təbrik məktubu səsləndirəcəklər. Mətbuat Şurasının və onun işini yönlərdirən şəxslərin medianın bugünkü vəziyyəti haqda söyləyəcəklərini eşitmək də vacib deyildi. Bu məsələdə, eynilə, yenilik gözlənilmirdi.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

TÜRKİYƏNİN DEMOKRATİYA DƏRSLƏRİ

3-cü yazı Türkiyənin dünəni, bu günü və sabahı ilə bağlı silsilə məqalələrin üç yazıdan ibarət olacağını düşünürdüm. Lakin azsaylı da olsa, mənim üçün çox dəyərli oxucularımin bəzi sualları məni silsilənin ilk iki məqaləsində əksini tapmış bir sıra fikirlərə aydınlıq gətirmək məcburiyyətində qoydu. Əziz oxucular, nəzərinizə çatdırmaq istərdim ki, bu maqalələr silsiləsində Türkiyə tarixində baş vermiş ayrı-ayrı tarixi hadisələri deyil, bütöv mərhələləri əhatə edən ictimai-siyasi proseslər və onların təhlinini verməyə çalışmışam.

Tam mətn
Muəllif: Elçin Şıxlı

Maşa və Ayı

“O millət ki, öz tarixini, dolanacağını, vətənini və dilini sevir – bu qism əsərləri kəmalı-şövq və diqqətlə cəm edib sərmayə kimi saxlayır və uşaqların ilk təlim-tərbiyəsini onları öyrətməklə başlayır”. Firudin bəy Köçərli Növbəti həftəsonu olduğundan ev qonaq-qaralı idi. Ən başlıcası da nəvənin gəlməsiydi — səsi evin divarından-divarına dəyib qulağımda cingildəyirdi (Allah bütün balaları saxlasın!). Görüşün ilk sevincindən sonra qonaq otağına keçib televizoru yandırdım — “Barselona”nın oyunu vardı. Yerimi təzəcə rahatlamışdım ki, balaca:”Maşa-Maşa” çığıraraq tufan kimi içəri girdi.

Tam mətn