Muəllif: Elçin Şıxlı

Ceviz qurdu

Gecəyarıya yaxın acdığını hiss etdi. İş masasının arxasından qalxıb mətbəxə keçəndə yadına düşdü ki, həkimi axşamlar yeməməyi dönə-dönə tapşırıb. Ayaq saxladı. Ümid edirdi ki, aclıq hissi keçib gedəcək. Amma elə həmin an mədəsi quruldadı – acındandı. Nə qədər etdisə də, bir şey alınmadı – ayaqları özü onu mətbəxə gətirdi. Soyuducunu açıb bir xeyli yeməkdolu tava və qazanlara baxandan sonra udqunub qapısını örtdü.

Tam mətn
Muəllif: Elçin Şıxlı

Havay köynəyi

Tomat suyunun son udumunun dadının ağzına atdığı iri zeytunun tamına qarışdığını diliylə hiss edən kimi gözlərini yumub bu həzzi bir qədər də uzatmaq üçün oturduğu kürsüyə yayxandı. Bədənindən bir rahatlıq giziltisi keçdi. Düşündü ki, həyatdan mümkün olduqca həzz almaq lazımdır, hətta tomat suyu və zeytundan da… *** Yerindən qalxıb yan otağa keçdi və güzgülü paltar dolabını açıb nə geyinəcəyinə baxdı, amma çox düşünmədi.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

İstiqlal Bəyannaməsinin müəllifi kimdir?

1919-cu ilin soyuq payızında Kaliforniya ştatının sakinləri ölkənin 28-ci prezidenti, Biririnci dünya müharıbəsinə son qoymaq səylərinə görə yenicə Nobel sülh mükafatı almış Vudro Vilsonla görüşə toplaşmışdılar. Ölkəsini iki il əvvəl Avropadakı savaşa qatmış V.Vilson konqresə göndərdiyi məşhur “bütün müharibələrə son qoymaq üçün müharibəyə başlamağa» dair çağırışından və həmin çağırışın verdiyi nəticələrdən danışırdı.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

«Telefonnaya»

“Telefonnaya” köhnə Bakının ən mərkəzi küçələrindən deyildi. Adından da göründüyü kimi küçənin “telefonla” bağlılığı var. Bizim Bakımızda oranın adı “28 Aprel küçəsi” adlanırdı. XX əsrin əvvəllərində “Telefonnaya” Bakının kənar məhəllələrindəndi. O dövrdə telefon nadir bir şey olduğundan ona belə bir adın verilməsi təəccüblü deyil. Bəzi qaynaqlar 1887-ci ildə şəhərdə ilk telefon köşkünün məhz burada qoyulduğunu desələr də “Telefonnaya”nın tarixi bir az fərqlidir… Sovetin son illərində evində Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” (Bakı, Azərnəşr, 1987.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

Avtoritar diktaturaya doğru

(4-cü məqalə) Bir çoxları, mənim özüm də daxil olmaqla, bu gün Tramp fenomeni, siyasi populizm haqqında danışır, ağıllı mühakimələr yürüdürük. Əslində isə siyasi populistlərin təntənəsi yeni minilliyin ilk illərində Putin və Ərdoğanla başlayır. Bu silsilə məgalələrin mövzusu Türkiyədir. Ona görə də Putindən deyil, Tükiyə prezidentindən danışacağıq. Bir də onu qeyd etmək istəyirəm ki, məsələ mənim simpatiya və ya antipatiyalarımda deyil. Türkiyədə baş verən proseslərə neytral təngidi araşdırmaların mövcudluğu Azərbaycan üçün çox vacibdir.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

LENİN PROSPEKTİ İLƏ PERVOMAYSKİNİN TİNİ

Sənə təcavüz edir, ona aşıq olursan. Səni döyür, zorakılıq edir, ondan xoşlanırsan. Evini soyur, yağmalayır, ona bənd olursan. Səni sürgünlərdə çürüdən diktator ölür, hönkür-hönkür ağlayırsan. Bu durumda ciddi psixoloji problemin vardır demək ki. Bunun da adı Stokholm sindromudur, keçmiş olsun. Psixoloji travma yaşayan qurbanın ona şiddət, aqressiya, zorakılıq edənə olan sevgi və duyğu bağlılığına Stokholm sindromu deyilir.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Bu hiylə adamlar, yaltaq adamlar…

Bir ölkədə yaltaqlığın qazancı dürüstlüyün qazancından artıq olarsa, həmin ölkə batar. Şarl Lui Monteskyö Yurdu bürümüş qabalıq, yaltaqlıq, Yüksəliş varsa, səbəb alçaqlıq!! Hüseyn Cavid “Yaltaq” sözünü oxuyan kimi, təbii ki, dərhal xəyalınıza tanıdığınız, ekranlarda gördüyünüz yaltaq sifətlər gələcək. Gözünüzün önündən öz işinin xatiri üçün alçalaraq yalan danışan, kiminsə şəninə təmənnalı təriflər deyən, utanmadan həqiqəti təhrif edən, xüsusən vəzifəli şəxslərin xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxan bir xeyli yaltaq adam gəlib keçəcək.

Tam mətn