Redaksiya

Olimpiya Stadionunun tikintisi başlandı

Əsası 6 iyun 2011-ci ildə qoyulan Bakı Olimpiya Stadionunun tikintisi başlandı. Bir müddətdir ki, stadionun yerləşəcəyi Böyük Şor qəsəbəsi, Böyükşor gölünün qurudulmuş hissəsində fəal iş gedir. Burada torpaq bərkitmə və torpağın dəyişdirilməsi işləri həyata keçirilir. Bundan əvvəl isə ərazidə geoloji araşdırmalar və ilkin təhlillər yekunlaşdırılıb. Torpaq bərkitmə işi yekunlaşdıqdan sonra…

Tam mətn

Millidə Xeyrəbadi dönəmi başlandı

Dünən Azərbaycan Güləş Mərkəzində yunan-Roma güləşi üzrə milli komandamızın açıq məşqi keçirilib. Tədbirdə həmçinin komandaya yeni təyin olunmuş məşqçilər ictimaiyyətə təqdim olunub. Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsində iranlı mütəxəssis Cəmşid Xeyrəbadi çalışır. Ona həmyerliləri Nasir Nurbaxış (böyük məşqçi) və Nezafat Dost Cəfər (məşqçi) kömək edirlər. Media…

Tam mətn

Foqts Dubaya kimləri aparır?

Xəbər verdiyimiz kimi, yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. Yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts Dubay toplanışında iştirak etməli olan heyəti açıqlayıb. O, 22 futbolçuya dəvət göndərib ki, bunlardan çoxu gənclərdir. Hazırlıq prosesi çərçivəsində millimiz fevralın 1-də Özbəkistan yığması…

Tam mətn

I siniflə bağlı yeni təklif hazırlanıb

Təhsil Problemləri İnstitutu (TPİ) Azərbaycanda beşyaşlıların məktəbə hazırlığı ilə bağlı yeni təklif hazırlayaraq Təhsil Nazirliyinə təqdim edib. Bunu TPİ direktoru Abdulla Mehrabov deyib. Onun sözlərinə görə, bu təklif Təhsil Nazirliyinin sifarişi ilə «Beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin vəziyyəti və yaxşılaşdırılmasının istiqamətləri» üzrə apardığı tədqiqatlar nəticəsində hazırlanıb. Mehrabov deyib…

Tam mətn

Yeni SMS xidməti: «Övladınız dərsə gəlməyib!»

«Elektron Məktəb» layihəsinə qoşulmuş ümumtəhsil məktəblərində SMS gündəliklərin istifadəsi genişlənir. Valideynlərə təklif olunan bu xidmət SMS vasitəsilə övladlarının davamiyyəti və onların hər hansı fənn üzrə aldıqları qiymətlər barədə məlumatları valideynlərin mobil telefonlarına göndərilir. Bu barədə TN Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaydığı məlumatda deyilir. Bu xidmətə hər bir valideyn təmamilə…

Tam mətn

TQDK: dərsliklərin monitorinqi davam edir

TQDK ibtidai sinif müəllimlərinin elmi-metodiki seminar iclaslarında respublikanın ümumtəhsil məktəblərinin I, III və IV siniflərində istifadədə olan «Azərbaycan dili» (təlim Azərbaycan dilində olan məktəblər üçün), «Riyaziyyat» və «Rus dili» (təlim rus dilində olan məktəblər üçün) dərsliklərinin və müəllim üçün metodiki vəsaitlərin elmi-metodiki monitorinqi başa çatıb. TQDK mətbuat xidmətindən verilən məlumata…

Tam mətn

İbtidai sinif müəlliminə şahmat dərsi

Gələcəkdə Azərbaycanda ali məktəblərin ibtidai sinif müəllimi hazırlığı ilə məşğul olan fakültələrində tələbələrə şahmat tədris edilə bilər. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, ali məktəblərdə şahmatın tədrisi zaçot, imtahan proqramına da ayrıca daxil edilə və ya hansısa fənnin tərkibində keçirilə bilər. Ali məktəblərdə şahmatın nə zamandan…

Tam mətn