Redaksiya

AŞ Ermənistandakı seçkiləri demokratik saya bilər

Avropa Şurasında Ermənistandakı seçkiləri demokratik seçki kimi təqdim edib, bu ölkəni monitorinq prosesindən çıxarmaq istəyənlərin olduğu üzə cıxıb. Azərbaycanın AŞ Parlament Assambleyasındakı heyətini bunun əksini düşünür. Odur ki, Azərbaycan heyətinin gələn həftə Strasburqda başlanan yaz sessiyasında debatlara hazır olması lazım gəlir. Jurnalistlərə açıqlamasında Azərbaycan heyətinin rəhbəri Səməd Seyidov bildirib…

Tam mətn

Bakıda Lommel-Bergeyk Ticarət Evi açıldı

Bu gün Bakıda Avropanın səfalı, turizm, mədəni və iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən iki şəhərinin Lommel (Belçika) və Bergeyk (Niderland) şəhərlərinin Ticarət Evinın rəsmi açılış mərasimi keçirilib. Mərasim hər iki şəhər merinin — Piter Vanvelthoven və Driek van de Vodevoortun (Niderland Kraliçası Beatriksin sözcüsü) Azərbaycana rəsmi səfəri çərçivəsində…

Tam mətn

Evində əxlaqsızlıq yuvası təşkil edibmiş

Şəmkir rayon sakini qadınları fahişəliyə cəlb etdiyinə və əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb.DİN mətbuat xidmətinə istinadən, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonunda yaşayan Şəmkir sakini Pəri Miriyeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə və mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə…

Tam mətn

Bankomat kartından oğurluq etdi, 11 ay sonra yaxalandı

İnternet vasitəsi ilə başqasının bankomat kartından pul çıxaranın şəxsiyyəti müəyyən edilib. DİN mətbuat xidməti bildirir ki, 2012-ci il iyunun 9-da Qazax rayon sakini Şaiq Nəsirov Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə müraciət edərək 2012-ci ilin mayında onun bankomat kartından internet vasitəsi ilə 977 manatının çıxarıldığını bildirib. Faktla əlaqədar rayon…

Tam mətn

Azərbaycan XİN rəhbəri ilk dəfə İsrailə səfər edəcək?

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov gələn həftə İsrailə rəsmi səfər edəcək. Bu barədə İsrailin İzRus saytı Bakıda adı açıqlanmayan rəsmi mənbələrə istinadla xəbər yayıb. Rəsmi Bakı hələlik bu xəbəri şərh etmir. Bu, Azərbaycan xarici işlər nazirinin İsrailə ilk səfəri olacaq, deyə Turan xəbər yayıb. İndiyədək Bakı və Tel-Əviv arasında…

Tam mətn

Soydaşlarımız Münhendə irqi ayrı-seçkiliyə qarşı etiraz nümayişi keçiriblər

Bu gün – aprelin 17-də Almaniyada yaşayan Azərbaycanlılar yerli Türk diasporuna dəstək məqsədilə Münhen şəhərində irqi ayrı-seçkiliyə, millətçiliyə qarşı etiraz nümayişi keçiriblər. Avropa Azərbaycanlıları Konqresi və Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin təşkil etdiyi aksiya Münhen Baş Əyalət Məhkəməsinin qarşısında olub. Təxminən 600-dək soydaşımızın qatıldığı izdihamlı mitinqin iştirakçıları əllərində Türkiyə və…

Tam mətn

“Böyük Dəbilqə” turnirinə 16 ölkə qatılacaq

Mayın 4-də və 5-də Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turnirində iştirak edən ölkələrin adları açıqlanıb. Reytinq xarakterli yarışa 16 yığmanın gələcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, artıq ərizə qəbulu başa çatan “Böyük Dəbilqə”də Braziliya, Rusiya, Fransa, İsveç, Finlandiya, Böyük Britaniya, Kolumbiya, BƏƏ, Türkiyə, Qazaxıstan, Çexiya, Almaniya, ABŞ, Kanada və…

Tam mətn