Muəllif:

Azərbaycan XİN rəhbəri ilk dəfə İsrailə səfər edəcək?

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov gələn həftə İsrailə rəsmi səfər edəcək. Bu barədə İsrailin İzRus saytı Bakıda adı açıqlanmayan rəsmi mənbələrə istinadla xəbər yayıb. Rəsmi Bakı hələlik bu xəbəri şərh etmir.
Bu, Azərbaycan xarici işlər nazirinin İsrailə ilk səfəri olacaq, deyə Turan xəbər yayıb. İndiyədək Bakı və Tel-Əviv arasında ikitərəfli əlaqələri Tehranın kəskin mənfi reaksiyası dayandırırdı. İran hakimiyyəti Azərbaycan “sionistlərlə” əlaqələri inkişaf etdirəcəyi təqdirdə Bakıya qarşı sanksiyalarla hədələyirdi.

Güney qonşunun fikrinə bu qədər nümayişkaranə olaraq məhəl qoyulmamasını İran parlamentinin son hücumları — bir qrup deputatın Azərbaycanın Rusiya və İran arasında bölünməsi ilə nəticələnənən 1813-cü il Gülüstan müqaviləsindən imtina kampaniyasına başlaması ilə izah etmək olar. İndi İran deputatları “itirilmiş əraziləri” qaytarmağı təklif ediblər.

Tehranın güclü etirazlarına baxmayaraq, Azərbaycan və İsrail ikitərəfli münasibətləri fəal şəkildə inkişaf etdirir. Belə ki, bu gün İsrail Azərbaycana ən böyük silah ixracçısıdır. Bundan başqa, tərəflər Azərbaycanın Aralıq dənizinin İsrail sahillərində qaz yataqlarının işlənməsində iştirakı haqqında danışıqlar aparır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 133