Redaksiya

Ottavada erməni siyasi fırıldaqçılara layiqli cavab verilib

Bu gün Türkiyənin Ottavadakı səfirliyinin binasının qarşısında Kanadada yaşayan erməni icmasının nümayəndələri tərəfindən qondarma «erməni soyqırımı günü» münasibətilə etiraz aksiyası keçirilib və bu əməlin təşkilatçıları olan siyasi fırıldaqçılar — nəcib Kanada xalqını aldatmağa çalışan erməni «xadimlər» layiqli cavablarını alıblar. Bu barədə Azərbaycanın Kanada səfirliyi xəbər yayıb. Hər il olduğu kimi,…

Tam mətn

Barak Obama «soyqırım» kəlməsini işlətmədi

Prezident Barak Obama 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrlə bağlı hər il aprelin 24-də verdiyi ənənəvi açıqlamada yenə “soyqırım” ifadəsini işlətmədi. Barak Obama müraciətində ötən illərdə olduğu kimi, yenə ermənicə “mets yegern” (böyük fəlakət) sözündən istifadə edib. Xatırladaq ki, dünya erməniləri Osmanlı İmperiyasında soyqırıma məruz qaldıqlarını iddia edərək…

Tam mətn

Rusiya bizə döyüş təyyarələri satmaqdan imtina edib

Rusiya ermənilərin səyi nəticəsində Azərbaycana döyüş təyyarələri satmaqdan imtina edib. Rusiya aviasiya sənayesinə rəhbərlik edən erməni əsilli şəxslərin səyləri nəticəsində Su-27, Su-30 və MiQ-31 tipli döyüş təyyarələrinin alınmasına dair danışıqlar nəticəsiz qalıb. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Azərbaycan tərəfinin əldə etdiyi məlumatlara görə, Rusiyanın Birləşmiş Təyyarəqayırma Korporasiyasının, eləcə…

Tam mətn

MEA-nın yeni prezidenti Akif Əlizadə seçildi

Bu gün Azərbaycan MEA-nın ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə Akif Əlizadə seçilmişdir. Əlizadə əvvəllər bu qurumda vitse-prezident vəzifəsində olmuşdur. Bu il fevralında MEA prezidenti Mahmud Kərimovun vəfatından sonra bu vəzifəni vitse-prezident Akif Əlizadə icra edirdi. Səsvermənin nəticələri elan edildikdən sonra çıxış edən yeni prezident Akif Əlizadə bildirib ki, imkan…

Tam mətn

Elmi dərəcələrə görə əlavələri artırmaq təklif edilir

MEA ötən ilki fəaliyyətinə həsr edilən ümumi yığıncaqda elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinə görə verilən əlavələrin artırılması təklif edilib. İclasda cıxış edən MEA akademik-katibi Vaqif Fərzəliyev bildirib ki, son illər ölkə Prezidentinin elmə qayğısının nəticəsi olaraq alimlərin əməkhaqqı bir neçə dəfə artıb. Lakin əməkhaqlarının məbləği müasir bazar qiymətləri…

Tam mətn

İdman Dırmanması bir kənarda qala bilməz

Beynəlxalq İdman Dırmanması Federasiyası (İFSС) Avropa Komissiyasının Prezidenti Volfgang Vebel aprelin 23-də Bakıya işgüzar səfərə gəlib. Vebelin gəlişinin başlıca məqsədi 2015-ci ildə I Avropa Olimpiya Oyunlarının siyahısında idman dırmanmasının da yer almasıdır. İFSC Avropa Komissiyasının Prezidenti Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Hava və…

Tam mətn

AFFA 7 klubu cərimələyib

AFFA İntizam Komitəsi qərar qəbul edərək, aprelin 19-da Premyer Liqanın XXVII turunun «Kəpəz» — «Turan» matçında «Kəpəz» klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubu 1000 manat cərimə edib. Aprelin 20-də Premyer Liqanın XXVII turunun «İnter» — «Simurq» matçında «Simurq» klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub…

Tam mətn