Redaksiya

İşğal nəticəsində vurulan zərər 300 milyard dollardan çoxdur

Beynəlxalq ekspertlər erməni işğalı nəticəsində Azərbaycana 300 milyard dollardan çox zərər dəydiyini hesablayıb. Ermənistanın hazırkı rəhbərliyi 5-10 il ölkəni talayıb başqa ölkəyə çıxıb gedəcək. Bu rəhbərliyi seçmiş erməni xalqı isə onların səhv siyasətinin altını çəkəcək. Belə bir aşıqlama ilə baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin…

Tam mətn

Əli Həsənov: Ermənilər narkotik becərib puluna silah alır

Ermənistanın işğalı altındakı ərazilərdə narkotik becərməsi, tranziti, terror dəstələri hazırlamasına dair Azərbaycanın əlində faktlar var.  Əli Həsənov deyir: “Bütün faktlar və sənədlər beynəlxalq qurumlara təqdim edilib”. Azərbaycan tərəfi işğal altındakı ərazilərdə ermənilərin narkotik maddələrin becərilməsi və tranziti, eləcə də orada silahlı terrorçu dəstələrin hazırlanmasına dair faktlara malikdir. APA-nın məlumatına…

Tam mətn

Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəlilədi

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. AFFA rəsmi saytına istinadən, ötən ayla müqayisədə 2 pillə irəliləyən Azərbaycan milli komandası 291 xalla 118-ci yerdə qərarlaşıb. Növbəti reytinq cədvəli iyulun 4-də açıqlanacaq.

 

Tam mətn

Cüdo Federasiyasından Elis Şlezinger ilə bağlı təkzib gəldi

Cüdo Federasiyasından Elis Şlezinger ilə bağlı təkzib gəldi. Təkzibdə qeyd edilir:

Bir çox mətbuat səhifələrində  Azərbaycan Cüdo Federasiyasının İsrail cüdoçusu Elis Şlezingeri milli yığma komandaya dəvət etdiyini və bu təklifin cüdoçunun Bakıya səfəri zamanı baş tutduğunu…

Tam mətn

İran həbsxanasını görüb gələnlər hələlik danışmaq istəmirlər

İranda həbsdən azad olunan Azərbaycan MEA Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə İsmayılova (Xalidə Xalid) və onun sürücüsü Şamxal Hüseynov bir aydan çox çəkən həbsxana həyatından sonra  bu gün Azərbaycana qayıdıblar. Onlar Heydər Əliyev Beynəlxalq Hava Limanında hadisə ilə bağlı jurnalistlərə heç bir açıqlama verməyiblər.

Xatırladaq ki, aprelin 30-da İranda MEA Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar.

Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib. İran tərəfi bir müddət öncə həmin şəxslərin azadlığa buraxıldığını açıqlasa da, bu günə qədər onlar Azərbaycan tərəfinə təhvil verilməmişdi

Tam mətn

Berti Foqts:Oyunçularda istək çox olsa, qalib gələcəyik

Milli komandamızın baş məşqçisi Berti Foqts keçirdiyi mətbuat konfransında deyib ki, Lüksemburqla oyuna ciddi hazırlaşırıq. Oyunçularda istək çox olsa, qalib gələcəyik. Qələbəni özümüz qazanmalıyıq. Lüksemburq qələbəni bizə hədiyyə etməyəcək.

DÇ-2014-ün seçmə mərhələsində iyunun 7-də Lüksemburq yığması ilə qarşılaşacaq.
Berti Foqts hücum xəttində boşluğun olduğunu deyib: «Rauf Əliyev və Vüqar Nadirovdan başqa Cihan Özkara da meydana çıxa bilməyəcək. Pərdis Fərcad-Azad isə zədəlidir və oynayacağı sual altındadır. Bunlar bizim üçün böyük itkidir. Azərbaycan futbolunda hücumçu və qol vurmaq problem var. Bunu çempionatda bombardirlər siyahısına baxanda görmək olar».

Baş məşqçi deyib ki, futbolçuların hazırlığından razıdır: «Şadam ki, Qətərlə oynamaq imkanımız oldu və onlara minnətdaram. Çempionat bitdiyindən, futbolçular məşq etmədiyindən, bu yoldaşlıq görüşü bizim üçün vacib idi. Oyunçuların məşq prosesindən razı qalmışam. Elə oyunçular var ki, 100 faiz hazır deyillər»….

Tam mətn

Minsk: 4 boksçumuz Avropa çempionatında medalı özünə təmin edib

Minskdə boks üzrə Avropa çempionatında ¼ final mərhələsinə yekun vurulub. Azərbaycan Boks Federasiyası bildirir ki, Azərbaycan milli komandasının 4 üzvü — Salman Əlizadə (49 kq), Elvin Məmişzadə (52 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özlərinə təmin ediblər. Salman Əlizadə…

Tam mətn