Muəllif:

İran həbsxanasını görüb gələnlər hələlik danışmaq istəmirlər

İranda həbsdən azad olunan Azərbaycan MEA Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə İsmayılova (Xalidə Xalid) və onun sürücüsü Şamxal Hüseynov bir aydan çox çəkən həbsxana həyatından sonra  bu gün Azərbaycana qayıdıblar. Onlar Heydər Əliyev Beynəlxalq Hava Limanında hadisə ilə bağlı jurnalistlərə heç bir açıqlama verməyiblər.

Xatırladaq ki, aprelin 30-da İranda MEA Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar.

Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib. İran tərəfi bir müddət öncə həmin şəxslərin azadlığa buraxıldığını açıqlasa da, bu günə qədər onlar Azərbaycan tərəfinə təhvil verilməmişdi

Az sonra Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov APA-ya açıqlama veriblər. Hər iki şəxs artıq evlərində olduqlarını deyiblər. X. Xalid açıqlamasında qeyd edib ki, hələlik müsahibə verməyə hazır deyil, istirahətə ehtiyacı var. O, əsəblərinin yerində olmadığını, bir qədər istirahət etmək istədiyini qeyd edib. X. Xalid İranda saxlandıqları müddətdə bu məsələni diqqətdə saxlayan mətbuata, o cümlədən APA-ya təşəkkür edib. Ş. Hüseynov da APA-ya açıqlamasında çox danışa bilmədiyini, hər şeyin normal, sağlamlığının yerində olduğunu deyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 105