Redaksiya

Avtomobillər niyə qəfildən alışıb yanır?

Son vaxtlar avtomobillərin qəfildən alışıb yanma halları artıb. Avtomobillər niyə qəfildən alışıb yanır? Bu kimi qəfil alışma hallarının artmasına əsas səbəb avtomobillərin elektrik sisteminə olan kənar müdaxilələrdir. Bu barədə DİN Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev bildirib (Trend). Şöbə rəsinin sözlərinə…

Tam mətn

İraq Türkmən Cəbhəsi liderlərinin qətli ilə bağlı İstanbulda etiraz aksiyası keçirilib

İraq Türkmən Cəbhəsi liderlərinin qətli ilə əlaqədar bu gün İstanbulda etiraz aksiyası keçirilib.Türkiyədə fəaliyyət göstərən İraq Türkmən Dərnəkləri Federasiyasının təşkil etdiyi aksiyanın iştirakçıları “Şəhidlər ölməz, Kərkük bölünməz!”, “Türkmənə uzanan əllər qırılsın!”, “Kərkük Türkdür, Türk qalacaq!” və s. şüarlar səsləndiriblər. Daha sonra İraqın İstanbul Bas Konsulluğunun qarşısına qara çələng qoyan…

Tam mətn

İran hərbi gəmiləri Həştərxan limanına yollanıb

Bir vaxt Xəzərdə heş bir hərbi-dənizçilik hüququ olmayan İran indi Rusiyanın Həştərxan limanına hərbi gəmilər göndərib. İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari bildirib ki, məqsəd iki ölkənin hərbi-dəniz qüvvələri arasında əlaqələri daha da sıxlaşdırmaqdır: “Rusiya limanına “Peykan” və “Covşən” raketatan hərbi gəmiləri göndərilib. Dənizin təhlükəsizliyini qorumaq, təlim, dəniz əlaqələri…

Tam mətn

Bu gün Güneydə daha 36 soydaşımız həbs edilib

Bu gün Güneydə səhər saatlarında daha 36 soydaşımız həbs edilib. Onlar Səhənd dağlarının yamaclarına getmək niyyətində olublar. Ancaq azərbaycanlı fəallar İranın Qərbi və Şərqi Azərbaycan vilayətlərini, xüsusilə Urmiya və Təbriz şəhərlərini birləşdirən Urmiya gölünün üzərindəki Kələntəri körpüsündə polislər tərəfindən tutulublar. Onların ad və soyadları dəqiqləşdirilir.

Tam mətn

Abbas Lisani məhkəməyə çağırılıb

Güneydə azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Abbas Lisani məhkəməyə ifadə verməyə çağırılıb. Güney qaynaqlarına görə, bu azərbaycanlı fəalın evinə gələn çağırış vərəqəsində üç gün ərzində Ərdəbil İnqilab Məhkəməsində olması istənilib. Lisani barəsində yeni təhqiqat işi başlayıb. Azərbaycanlı fəala “Çənlibel” adlı qrup təşkil etmək, Savalan dağında qanunsuz toplaşmaq, CD-lər yaymaq…

Tam mətn

Külüng — qorxunc ölüm silahına çevrilib

Balta və bıçaqla yanaşı, külüng də soyuq silah kateqoriyasında qorxunc ölüm silahına çevrilib. Belə ki, Bakı şəhərində 21 yaşlı oğlan külünglə bir nəfəri öldürüb, digərinə isə xəsarət yetirib. Xətai Prokurorluğuna istinadən, hadisə rayonun M. Rüstəmov küçəsində, 4/6 saylı binanın qarşısında baş verib. Mingəçevir şəhər sakini, 21 yaşlı Şirvani Səid oğlu…

Tam mətn

Arvadını və gəlinini bıçaqlayıb öldürdü

Hadisə paytaxtın Şüvəlan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 55 yaşlı Valeh Vaqif oğlu Bayramov ailə münaqişəsi zəminində həyat yoldaşı, 49 yaşlı Gülnarə Mürsəl qızı Bayramovanı və gəlini, 24 yaşlı Sahilə Akif qızı Bayramovanı bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən Valeh Bayramov saxlanılıb. İstintaq gedir.

Tam mətn