Muəllif: Redaksiya
Bu gün Güneydə daha 36 soydaşımız həbs edilib
Bu gün Güneydə səhər saatlarında daha 36 soydaşımız həbs edilib. Onlar Səhənd dağlarının yamaclarına getmək niyyətində olublar. Ancaq azərbaycanlı fəallar İranın Qərbi və Şərqi Azərbaycan vilayətlərini, xüsusilə Urmiya və Təbriz şəhərlərini birləşdirən Urmiya gölünün üzərindəki Kələntəri körpüsündə polislər tərəfindən tutulublar. Onların ad və soyadları dəqiqləşdirilir.
Bölüm: Güney
Oxunma sayı: 109

